Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Bakı İrəvanın bütün yollarını bağlayır – Politoloq

Baxılıb: 4487     Tarix: 13-04-2016 10:46   
Bakı İrəvanın bütün yollarını bağlayır

"Azərbaycanın geosiyasi çəkisi və funksional imkanları Bakının qlobal proseslərdəki rolunu artırır. Öz prioritet və inkişaf strategiyasından geri dönməyən rəsmi Bakının hazırkı gedişatı tərəfdaşlarının gözləntilərinə cavab verir. Bu o anlama gəlir ki, Bakı bütün sahələrdə İrəvanın yollarını bağlayacaq. Çox güman ki, Ermənistan belə bir vəziyyətdən nəticə çıxarmalı olacaq"

Sumqayitfakt.az-ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu Qarabağ məsələsindəki sükutu ilə faktiki olaraq işğalçı tərəfi dəstəklədi:

“Ermənistanın son fəallığı da məhz bundan qaynaqlandı. Məqsəd isə beynəlxalq birlikdə Ermənistanla Azərbaycan arasında sülh üçün heç bir münasib mühitin olmaması təəssüratını yaratmaq idi. Cəbhədə baş verən hadisələr də məhz buna hesablanmışdı. Azərbaycan Ermənistan qoşunlarını torpaqlarından rədd etməyə qadirdir. Prosesin I mərhələsi demək olar ki, başa çatıb. Rəsmi Bakı təkcə Ermənistanı xəbərdar etmədi, həm də bölgədə bərqərar olunacaq nizam və gedişatla bağlı dünyaya öz ismarışlarını verdi. Rusiya ilə münasibətləri reqlamentləşdirən bir çox məqamlar var. Bu göstərir ki, Azərbaycan bölgədə fəal mövqeyini saxlaya bilir və inteqrasiya meyillərinə impuls vermək imkanındadır. Hazırda isə nəinki Azərbaycan Silahlı Qüvvələri, eləcə də informasiya məkanı və ölkənin siyasi elitası bu hərbi kampaniyada çox böyük irəliləyiş əldə edib”.

Politoloq Ermənistanın bu dəfə də oyundan kənarda qalacağını ifadə edib:

“Cənubi Qafqaz Avropa və Asiya arasında kommunikativ funksiyanı yerinə yetirən bölgə olaraq potensialını hələ tam realizə edə bilməyib. Yəni qarşıda çox böyük irəliləyişlər olacaq. Bir çox ölkə Azərbaycanla təmaslarını genişləndirməyi hədəf seçib. Aprelin 25-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. O da faktdır ki, rəsmi Bakı artıq böyük bir konsensus ətrafında danışıqlar mərkəzinə çevrilir. Bir sözlə, Bakı bütün sahələrdə İrəvanın yollarını bağlayır. Plan və baxışların tam şəkildə həyata keçirilməsi üçün bölgədə sülh bərqərar olunmalıdır”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər