Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

ASAN müraciət”lə bağlı Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüş keçirilib - ŞƏKİL

Baxılıb: 3105     Tarix: 27-08-2021 15:23   
ASAN müraciət”lə bağlı Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüş keçirilib - ŞƏKİL


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "ASAN müraciət” informasiya sistemi ilə əlaqədar ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, görüşdə Dövlət Agentliyinin və şəhər icra hakimiyyətinin əməkdaşları, dövlət və özünüidarəetmə orqanlarının, özəl təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Görüşün məqsədi "ASAN müraciət” informasiya sistemi barədə əhalinin məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə onların qarşılaşa biləcəyi problemin həllinə nail olmaqdır.

İştirakçılara informasiya sistemi çərçivəsində həyata keçirilən işlər, gələcək planlar barədə məlumat verilib, sonra bu istiqamətdə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən "ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.

Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.

Mobil tətbiqi "Android” və "iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

"ASAN müraciət” informasiya sistemi yaxın zamanda bütün ölkə ərazisi üzrə tətbiq olunacaq.

"ASAN müraciət” informasiya sistemi ilə əlaqədar məlumatlılığın artırılması üçün ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər və sosial şəbəkələrdə məlumatlandırma təmin ediləcək.

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər