Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Professor: "Nəinki 3-cü və daha sonrakı dozaların qəbuluna da zərurət yarana bilər"

Baxılıb: 363     Tarix: 23-08-2021 10:28   
Professor: "Nəinki 3-cü və daha sonrakı dozaların qəbuluna da zərurət yarana bilər"


Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Eyni zamanda, tam vaksin olunanlara 3-cü dozanın da vurulacağı barədə informasiyalar dolaşır. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə 3-cü və daha sonrakı dozaların tətbiqinə ehtiyac olub-olmayacağı və digər sualları cavablandırıb.

Sumqayitfakt.Az
müsahibəni təqdim edir:

- Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bunun qarşısının alınması üçün hansı önləyici tədbirlərin görülməsini məsləhət görərdiniz?

- Qonşu respublikalarda olduğu kimi, bizim ölkədə də koronavirusa yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Paralel olaraq ölüm sayı da çoxalıb. Mövcud vəziyyət bizi kədərləndirir və təhlükənin geniş xarakter almaması üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir. Pandemiyanın qarşısının alınması üçün hələ ki mütəxəssislərin tövsiyə etdiyi iki yol var. İlk növbədə insanlar vaksinasiya olunmalıdır. Bildiyiniz kimi, ölkə rəhbərliyinin göstərişi ilə əhali kütləvi şəkildə vaksinasiyaya cəlb olunub. Doğrudur, son məlumatlara görə, bu gün ölkə əhalisinin xeyli hissəsinə peyvənd vurulub. Amma məhz peyvənd olunmayanların hesabına yoluxanların sayı günü-gündən artmaqda davam edir. İkinci yol isə sosial məsafənin qorunması, qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə olunmasıdır. Əgər biz hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləyəriksə, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə aşağı düşər. Xəstə maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda qarşı tərəf də maskadan istifadə edirsə, onun yoluxması ehtimalı sıfıra bərabərdir.

- Azərbaycanda ayrı-ayrı ölkələrin istehsalı olan bir neçə peyvənddən istifadə olunur. Bəzən insanlar peyvənd seçimində çətinlik çəkirlər. Bir mütəxəssis kimi hansını məsləhət görərdiniz?

- Ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan "Sinovac"dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bizdə bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan "Pfizer" vaksinidir. Bunlarla yanaşı, Rusiya istehsalı olan "Sputnik V" vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir. Fərq etməz hansını seçirlər. Əsas odur ki, peyvənd olunsunlar.

İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Mən də izah edirəm ki, peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır. Bunun nəyi pisdir ki, siz peyvənd olunmayanlardan fərqli olaraq, virusa yoluxsanız belə, xəstəliyi ayaqüstü keçirirsiniz. Fərq bundan ibarətdir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər