Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Elnur Uğurun imza günündən... - ŞƏKİLLƏR

Baxılıb: 3106     Tarix: 21-08-2021 15:58   
Elnur Uğurun imza günündən... - ŞƏKİLLƏR


Elvin İntiqamoğlu yazır...

Elnur Uğurun şəhid gizir Camal İsmayılovdan bəhs edən "Hadrut fatehi" poemasının bu yaxınlarda “Ədəbiyyat” qəzetində işıq üzü görməsindən və kitab halında çap olunmağından xəbərim var idi. Nəinki kitabın çapından, hətta təqdimat mərasiminin İbrahim İlyaslı tərəfindən "Əli Kərim adına poeziya evi"ndə təşkil olunacağından da məlumatlıydım...


Sumqayitfakt.Az yazını təqdim edir.

İ.İlyaslının köməkçisi gənc şair Elvin Əlizadə dünən axşam doqquz radələrində mənə zəng edib dedi:

- Adaş, sabah Şuşaya gedəcəm, E.Uğurun imza günündə məni əvəzləyə bilərsən?

- Əlbəttə ki, canla-başla...

Avqustun 15-i nəzərdə tutulan vaxtdan yarım saat əvvəl poeziya evinin qabağını kəsdirdim. 5-10 dəqiqə keçmişdi ki, gördüm E.Əlizadə qanıqara halda gəlir - Zəngilandan təzəlikcə gələn Sumqayıt sakini sənədlərlə əlaqədar Şuşaya gedə bilməmişdi ...

E.Əlizadə ilə bəzi işləri görürdük, bir də gördük, İbrahim əfəndi gəlir...

İ.İlyaslı nəfəsini təzə dərməyə başlamışdı ki, qonaqlar salona daxil oldular.

Elnur Uğur tanıdıqları adamlarla görüşər-görüşməz İbrahim bəylə yuxarı başa keçdilər. Birdən elə bilərsiz ki, poema müştərək yazılıb, yox, sadəcə İ.İlyaslı aparıcılıq funksiyasını yerinə yetirirdi...

Bəlkə də, karantin dövründə yeganə ədəbi ortam idi ki, pandemiya qaydalarına uyğun olaraq stullararası məsafə gözlənilirdi...

Gizir Camal İsmayılovun timsalında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlər bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbir açıq elan olundu.

Ədəbiyyatla yaxınlığı-uzaqlığı olanlar içində şair Əşrəf Veysəlli, AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, şairlər - Süleyman Abdulla, Sehran Allahverdi, Vüsal Ağayev, Gülnar Ümid və mən var idim.

Əşrəf Veysəllinin çıxışı yaradıcılığı qədər obrazlı görünürdü. Hiss olunurdu ki, kitablarla həmyaşıddı.

Gülnarə xanımın səsi arxa cərgələrə çatmırdı deyə tribunaya yaxın dayandım. Əşrəf Veysəllinin bir neçə cümlə ilə obrazlı dediyi fikirləri bölmə sədrimiz frazeoloji birləşmələrlə daha tez dilə gətirirdi...

“Hadrut fatehi”nin rəssamı Sehran Allahverdi şəhidin yağlı boyayla çəkdiyi rəsmini şəhidin anasına bağışladı.

Vüsal Ağayev Elnuru bu uğuru münasibətilə təbrik etməklə kifayətləndi.

Gülnar Ümidin vətənlə bağlı dediyi qısa şeir rəğbətlə qarşılandı. Həmçinin, Gülnar xanım kitabdan müəyyən sayda götürərək “Hadrut fatehi”nin “Səməd Vurğun adına mərkəzi kitabxana”ya çatdırılmasını öz öhdəsinə götürdü.

Təqdimatın şirin yerində ağlıma bir kreativ ideya gəldi: heç kim çıxış edəndə poemadan poetik nümunələr demir, bəlkə mən deyim? Niyə də deməyim ki? Baş məndə, yaddaş məndə.

Eləmədim tənbəllik, kitabı götürüb çəkildim gözdən uzaq yerə, "şeir əzbərləmək" dövrünə keçid etdim (ibtidai sinifdə oxuduğum günlər yadıma düşdü). Qulağım kürsüdə danışanlarda olsa da, gözüm kitabdaydı və nəhayət, mənalı və yadda asanlıqla qalan bir bənd tapdım, bu bənddən həm də poema haqqında qabaqcadan proqnoz vermək üçün əlverişli detal kimi istifadə etmək istədim:

Hər gün qan içdikcə qan içdi düşmən,
Körpənin süd dişi qan dişi çıxdı.
Düşmən də olanda kaş kişi ola,
Bizim düşmənimiz nakişi çıxdı.

Növbə mənə çatanda bu şeiri də dedim, poema haqqında rəy də verdim, alqışladılar da. Mənə də elə bu üçhərəkətli hadisələr lazım idi...

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Camalın döyüş yoldaşları və ailə üzvləri də (anası, həyat yoldaşı, övladları) əvvəldən sonacan tədbiri izlədilər.

Dövlət qurumunu təmsil edən Tərlan Hacıyev və Ceyhun Məmmədov icra başçısı Zakir Fərəcovun veteren, qazi və şəhid ailələrinə göstərdiyi diqqətdən, bu istiqamətdə görüləcək işlərdən söhbət açdılar.

Vətən müüharibəsi qəhrəmanı Camal İsmayılovun döyüş yoldaşları şəhidin şəxsi keyfiyyətlərindən, hərbi savadından və ən əsası, Laçın dəhlizinə nəzarət edən yüksəklikdə göstərdiyi qəhrəmanlıqlardan danışdı. Məlumat üçün qeyd edim ki, Camal elə o yüksəklikdə şəhidlik zirvəsinə yüksəlib.
Camalın anası Filara xanım oğlunun uşaqlığını, gəncliyini ürək yanğısı ilə, kövrək səslə xatırladırdı. Ananın çıxışı bütünlüklə qəmli notlar üzərində qurulmuşdu. Hamı başa düşürdü ki, ana dildə oğlunun yoxluğu ilə razılaşsa da, daxilində varlığına inanır, qayıdacağına ümid bəsləyir...

Söz azadlığı günün ana xətti idi. Zalda demokratiya hökm sürürdü. Demək olar ki, kiçikdən-böyüyə hamı öz fikirlərini tən ortadan bölürdü: bir tərəfi Elnur Uğurun, bir tərəfi izləyicilərin...

Bir dəqiqəlik sükutla başlanan tədbir müəllifin genişməzmunlu çıxışı ilə sona yetdi...

Boynuna alsa da, almasa da mənə elə gəlir ki, indi də Elnur Uğurun kitablara qol çəkməkdən qolu ağrıyır...

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər