Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şamil Ayrım: "Yeni müharibə İrəvan üçün fəlakət olacaq"

Baxılıb: 393     Tarix: 14-08-2021 10:44   
Şamil Ayrım: "Yeni müharibə İrəvan üçün fəlakət olacaq"


10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanın böyük bir həzmsizlik içərisində olduğunu görürük. Azərbaycan 44 günlük Vətən müharibəsində 3000 nəfərə yaxın şəhid verərək, öz torpaqlarını işğaldan azad etdi. Ancaq Ermənistan beynəlxalq aləmdə sanki Azərbaycan onun torpaqlarını işğal edibmiş kimi təbliğat aparır.

Sumqayitfakt.Az bildirir ki, bunu açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. Onun sözlərinə görə, vəziyyətin bu hala gəlməsində əsas günahkarlardan biri Minsk Qrupu həmsədrləridir:

"Təbii ki, burada Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və Amerikanın çox böyük xətası var. Çünki onlar son 30 ildə bu problemin həlli üçün heç bir şey etmədilər. Erməni diasporu xüsusilə bu dövlətlərdə haray-həşir qoparır. Ancaq Azərbaycan işğaldan azad edilmiş bölgələrdə, xüsusilə Şuşada bərpa işləri aparır, infrastrukturu yenidən qurur. Buradan kimin müharibə, kimin sülh istədiyi açıq şəkildə görünür".

Millət vəkili dünyanın da Ermənistanın təxribatlarına göz yumduğunu, son 9 ayda görülən işlərin isə hər şeyi ortaya çıxardığını bildirib:

"Bütün bu proseslərdən Ermənistanın etibarlı və sözünə güvənilən bir dövlət olmadığı ortaya çıxır. Təxmin edirəm ki, Ermənistanın təxribatları yenə davam edəcək. Çünki Azərbaycan Müdafiə Nazirliyinin Laçın dəhlizindən Qarabağa yeni erməni silahlı dəstələrinin gətirilməsi və yeni postların qurulması haqqında rus sülhməramlılarına da bir xəbərdarlığı oldu. Demək ki, Ermənistan dövləti hələ ağıllanmayıb və öz xalqını düşünmür".

Ayrım yeni bir müharibənin başlamasının Ermənistan üçün fəlakət olacağını xüsusi vurğulayıb:

"Görünən odur ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan da Tonoyan ilə eyni istiqamətdə və düşüncədədir. Ancaq əgər yeni bir müharibə baş versə, bunun axırı onlar üçün fəlakət olacaq. Azərbaycan isə Türkiyə ilə həmrəylik içərisində səbir və təmkinlə mövcud durumu beynəlxalq aləmə izah etməyə və bütün bölgə dövlətlərinin təmsil olunduğu altılı platformanı formalaşdırmağa çalışır. Ümid edirəm ki, Ermənistan yaxın zamanlarda bütün olanlardan nəhayət dərs çıxardar".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər