Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Yadigar Təvəkgül "Bircə bəndlik darıxmaq" adlı kitabını təqdim etdi

Baxılıb: 3364     Tarix: 09-08-2021 23:13   
Yadigar Təvəkgül "Bircə bəndlik darıxmaq" adlı kitabını təqdim etdi
Yadigar Təvəkgül


Bu gün "28-may metro stansiyası"nın yaxınlığında yerləşən "Səməd Vurğun" bağı ilə üzbə - üz olan "Sedet art" Rəsm studiyasında Yadigar Təvəkgülün "Bircə bəndlik darıxmaq" adlı kitabının təqdimatı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə Yadigar Təvəkgülün yaradıcılığından geniş bəhs edilib, o, vətənpərvər, xalqını, millətini sevən şair kimi diqqətə çatdırılıb. Vurğulanıb ki, onun əsərlərində sevgi və milli vətənpərvərlik ruhu öndə dayanır. Təqdimatda şairin qələm dostları ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Təqdimatın aparıcısı şair Aysel Xanlarqızı Səfərəli ilk çıxış üçün sözü tanınmış şair Ayaz Arabaçıya verildi. O müəllifə yaradıcılıq uğurları arzuladı.
Digər çıxış edənlər də Yadigar Təvəkgülü təbrik edib, şairin həyat və yaradıcılığı barədə danışıb, şeirlərini oxuyub ona yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə aktiyor-şair Rauf Rəvan müəllifin atasına yazdığı hekayəsinə hazırladığı kompazisiyası alqışlarla yadda qaldı.

Qeyd edək ki, "Bircə bəndlik darıxmaq" Yadigar Təvəkgülün 3-cü kitabıdır.
Təqdimatda şairə fəxri fərman və gül dəstələri təqdim edilib.

Sonda Yadigar Təvəkgül tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, şeirlərini söyləyib, kitablarını imzalayıb.

"Sedet Art" rəsm studiyasının drektoru tanınmış rəssam Nəvai Mətin hazırladığı "Qarabağ Azərbaycandır" yazılı suviniri müəllifə təqdim etdi.

Vüsal Ağa

Sumqayitfakt.Az

Şəkillər: FS Press Fərrux










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər