Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsini davam etdirir - ŞƏKİLLƏR

Baxılıb: 3110     Tarix: 08-08-2021 19:33   
FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsini davam etdirir - ŞƏKİLLƏR


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər.

Sumqayitfakt.Az FHN-nə istinadən xəbər verir ki, 5 avqust 2021-ci il tarixində Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.

Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.

Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.

Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər