Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

lahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Baxılıb: 3106     Tarix: 07-08-2021 19:42   
lahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib


Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.

Sumqayitfakt.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlərdən Emil Rəhimov hərbi andın və nizamnamələrin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edərək hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını mükəmməl mənimsəyib həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz verib.
Polkovnik Mehman Gülməmmədov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, hər bir əsgər xidmət etdiyi hərbi hissədə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün öz vəzifə borcunu şüurlu surətdə dərk etməli və xidməti vəzifələrini vicdanla yerinə yetirməlidir. Bu gün təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olan gənclərimiz bilməlidirlər ki, hərbi anda sadiq olan əsgər döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu şərəflə yerinə yetirir, düşmən üzərində qələbəyə sarsılmaz inamı ilə döyüş qabiliyyətini və ustalığını daha da artırır.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər