Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər

Baxılıb: 3125     Tarix: 03-08-2021 21:59   
Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər


Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.

Sumqayitfakt.Az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1 200-dən çox qazi nevroloji, psixoloji və fizioterapevtik müalicə alıb.

Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək, dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.

Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində artıq yaşadıqları ölkələrdə başıuca gəzirlər. Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Əliyev Rafiqin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.

Diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladları ilə də görüşüblər. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burda olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara hədiyyələr verilib.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər