Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Nazirlik Sumqayıtdakı poliqonla bağlı yerli icra orqanlarının nöqsanlarını açıqladı

Baxılıb: 3119     Tarix: 03-08-2021 17:09   
Nazirlik Sumqayıtdakı poliqonla bağlı yerli icra orqanlarının nöqsanlarını açıqladı


Xidmət rəisi 3-4 çıxış yolu göstərdi: "Bu gün Sumqayıtda çeşidlənməyə şərait yoxdursa, yerli icra orqanları bu tullantıları toplayıb Balaxanı poliqonuna daşıya bilər”

Sumqayıtın əsas ekoloji probleminə çevrilən, son günlərdə daha da kəskinləşərək alışıb yan(dırıl)mağa başlayan Sumqayıt məişət tullantıları poliqonundakı təhlükəli vəziyyət davam edir. Artıq poliqondakı məişət tullantıları demək olar ki, hər gecə alışıraq təhlükəli həddə gəlib və nəticədə Sumqayıtı kəskin üfunət qoxusu, habelə tüstü bürüyüb.

Sumqayitfakt.Az xəbər verir ki, məsələ ilə bağlı Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlama verib.

O, Sumqayıtdakı poliqonla bağlı yerli icra orqanlarının nöqsanları barədə danışıb və müvafiq çıxış yolları göstərib.
Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gözəl sənaye şəhəri olan Sumqayıt üçün havanın tüstülü, qoxulu olması xroniki hal alıb. Baxmayaraq ki, bununla bağlı dəfələrlə Ekolologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Məişət Tullantıları Poliqonunun idarə olunmasında ciddi nöqsanların olması yerli icra orqanlarının nəzərinə çatdırılıb, həmin poliqonun idarə edilməsi ilə məşğul olan Sumqayıt şəhər Təmizlik Departamenti MMC cərimələnib. Kiçik bir statistikanı nəzərinizə çatdırım ki, tək 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6800 AZN məbləğində cərimə olunub, barəsində dəfələrlə məcburi göstəriş verilib. 2021-ci ilin 7 ayı ərzində isə, 5 akt, 2 inzibati protokol tərtib edilib və son olaraq iyul ayının sonlarında 4800 AZN məbləğində cərimə edilib. Lakin biz də anlayırıq ki, bu cərimələrlə məsələ həllini tapmır. Bu gün (dünən – red.) biz həmin əraziləri ən müasir cihazlarla bir daha monitorinq etdik, çünki sosial şəbəklərdə səbəbkar olaraq hansısa qurum, kimyəvi müəssisənin olduğu yazılır. Bu, tamamilə yanlışdır. Cihazların göstəriciləri də qeydə aldı kı, məişət poliqonunda bu gün yanğın olmasa da, orada dəm qazının həddi normadan dəfələrlə yüksəkdir və nəticədə tüstülənmə, atmosfer havasına diffuziya baş verir. Bu da öz növbəsində şəhər ərazisinin müəyyən xoşagəlməz qoxuyla əhatə olunmasına səbəb olur.
Bəs nə etmək lazımdır?
Əlbəttə ki, cərimələr Sumqayıt şəhər Təmizlik Departamenti MMC-ni fəaliyyətində müsbət dəyişikliklər etməsi üçün aparılan tədbirlərin bir hissəsidir, lakin ilk növbədə müasir bir poliqonun qurulmasına, məişət tullantılarının idarə olunmasına, ərazinin müvafiq hala gətirilməsinə ehtiyac var. Ən sadə üsul məişət tullantılarının orada çeşidlənməsidir. Bu halda poliqonda yanğın və bundan doğan xoşagəlməz qoxu, tüstü problemi olmayacaq. Çünki bu gün məişət tullantıları necə gəldi basdırılır və nəticədə torpağın altında proseslər gedir, öz-özündən alışma baş verir. Çeşidlənmə həyata keçirilərsə, bu hal baş verməyəcək. Balaxanıda çox müasir çeşidlənmə mərkəzi var. Bu gün Sumqayıtda çeşidlənmə prosesinə şərait yoxdursa, yerli icra orqanları bu tullantıları toplayıb Balaxanı poliqonuna daşınması barədə fikirləşə bilər. Gec tez həmin mərkəzdən Sumqayıtda da yaradılacaq. Hələlik isə tullantıların Balaxanıya daşınması üçün iritutumlu nəqliyyat vasitələrinin alınması düşünülə bilər. Eyni zamanda tullantıIarın xüsusi qaydada yandırılmasına şəraiti olan bir neçə müəssisəylə əlaqə yaradılması mümkündür. Bu variantlar üzərində çalışıb, müəyyən pilot layihələr də həyata keçirilə bilər. Regionda belə bir problem varsa, pilot layihələrin də üzərində işlənilib həll yolları axtarılmalıdır. Gözəl infrastrukturu olan Sumqayıta layiq bir hal olmadığından hazırkı vəziyyət ürəkaçan deyil. Bununla bağlı ən təcili tədbirlər həyata keçirilməlidir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər