Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

İrahim İlyaslı: "Qalacaqlar, qalacaqlar"

Baxılıb: 3332     Tarix: 02-08-2021 16:10   
İrahim İlyaslı: "Qalacaqlar, qalacaqlar"
İbrahim İlyaslı


Sumqayıt poeziya evinin drektoru İbrahim İlyaslı yazır:
"Dəyərli qələm dostumuz Məmmədyar Məmmədyarlının ömrünün vəfa etmədiyi 60 illik yubiley günü! Məqamın behişt, ruhun şad olsun, əziz dost! Səni heç unutmadıq"


Sumqayitfakt.Az saytı həmin yazını təqdim edir.

“Qalacaqlar qalacaqlar...”

Klaviaturanın düyməsinə toxunub haqqında yazı yazacağımı düşünəndə çox kövrəldim. O, zatən nikbin və xoşgörüşlü bir insan, dəyərli bir dost idi. Həkim kimi də, dost kimi də çevrəsində olan hər kəsin hayına yetərdi. Dostcanlı, səxavətli bir adam, səmimi bir şair idi. Kitablarından birinə “Ön Söz” yazmışdım, birinin redaktoru olmuşdum. Azərbaycan Yazıçılar Birıiyinə üzv olması üçün zəmanət vermişdim. Bu onun haqqı idi. İlk dəfə ən yaxın dostu Kəramət Əmirli ilə birlikdə gəlmişdilər Poeziya Klubuna. Xan Rəsuloğlu vəsilə olmuşdu gəlişlərinə. Şeirlərini dinləyib, sevinmişdim yeni bir imza ilə tanışlığa. O gündən də dostluğumuz, qardaşlığımız başlamışdı. Evində dəfələrlə çörək kəsib, özünün, övladlarının uğurlarına sevincimizi bölüşmüşdük. Evimin qonağı olmuşdu. Övladlarım ona əmi deyə müraciət edirdilər. O, öz əməlləriylə bunu haqq eləmişdi. Ünvanıma çox səmimi bir şeir yazmışdı. Ümumiyyətlə, Sumqayıtın ədəbi mühitində xətir-hörmət sahibi idi. Yazar dostların hər biri ona sayğıyla yanaşardı.
Şən zarafatlarına rəğmən, gözlərinin dərinliyində acı bir kədər duyulurdu. Kədərini özündə saxlayar, dostlarla bölüşməyi xoşlamazdı. Yetərincə vətənpərvər və milliyətçi bir aydınımız idi. Doğma Zəngilanı haqqında danışanda bəzən göz yaşlarını tuta bilmirdi. Şeirlərində bu göz yaşlarının açdığı şırımları oxucuları indi də görə bilər.



Təəssüf ki, Azərbaycan əsgərinin Zəngilanı işğaldan azad edib, orada Azərbaycan bayrağını dalğalandırdığını görmək ona nəsib olmadı. Amma mənə elə gəlir, bu anda onun ruhu şad olub, cövlan elədi Zəngilanın göylərində. Həmin anlarda onu xatırlayan dostlar çox oldular, zənnimcə.
Cümlələrim keçmiş zaman şəkilçiləri ilə bitdiyindən adını tutmağı da axıra saxlamışam. Dost itgisi ağır olur. Başına gələnlər bilirlər. Heç kimin başına gəlməsin. Amma burası həyatdır. Dədəmiz Qorqud demiş: “Gəlimli gedimli dünya, son ucu ölümlü dünya”dır burası. Onu qarşılamaq üçün sevimli dostu Şaiq Vəli qabağa düşdü. Yəqin indi ruh qonşusudurlar, məhəllə qonşusu olduqları kimi...
Səndən bizə xoş xatirələr, bir də ürək qoyduğun şeirlərin toplandığı kitablar qaldı. Gələcək nəsillərə də bunlar qalacaq. Şaiq Vəli demiş: “Gedəcəklər gedəcəklər, qalacaqlar qalacaqlar!” Sən “Qalacaqlar”ın sırasındasan, əziz dost! - Məmmədyar Məmmədyarlı!
Ruhun şad olsun!
Ömrün vəfa etmədiyi 60 illik yubileyin qutlu olsun!

Vüsal Ağa

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər