Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

Baxılıb: 3121     Tarix: 29-07-2021 15:11   
Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib


“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər üzrə pasportlar (reqlamentlər) hazırlanıb.

Sumqayitfakt.Az Nazirliyə istinadən xəbər verir ki, bunu vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək dövlət orqanları (qurumlar) üzrə Əlaqələndirmə Komissiyasının ilk iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Komissiyada 26 istiqamətdə xidmət göstərəcək 7 dövlət orqanının rəhbərlərinin müavinləri təmsil olunur.

S.Babayev vurğulayıb ki, dövlət başçısının qeyd olunan Fərmanı şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğının davamıdır. Sənədə əsasən, həmin şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsi təmin olunacaq.

Fərmanla verilmiş tapşırıqların icrası istiqamətində ardıcıl işlər aparılır. Mərkəzlərdə dövlət orqanlarının əməkdaşlarının müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılması, xidmət göstərəcək qurumların informasiya sistemləri arasında əlaqələndirmə də təmin ediləcək.

Nazir DOST mərkəzlərində vahid əlaqələndirmə xidmət pəncərələrinin açıldığını, müraciətlərin qəbuluna başlanması üçün informasiya texnologiyaları sahəsində ilkin hazırlığın təmin edildiyini, mərkəzlərin fəaliyyətinin təşkili ilə bağlı müvafiq qurumlar üçün təqdimatlar keçirildiyini, digər bir sıra istiqamətlərdə də işlərin aparıldığını qeyd edib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər