Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Naibə Yusifin işığında

Baxılıb: 3560     Tarix: 28-07-2021 20:24   
Naibə Yusifin işığında


Naibə Yusifin “Azərkitab” Kitab Təbliğatı Mərkəzində "Tənha köç"," Zərbə", "Gülün yarpıza dönsün" kitablarının təqdimatı keçirildi. Naibə Yusif saf duyğuları ilə Vətən məhəbbətini, insanlara mərhəmət hissini, dünyanın dərdlərini , vüsalı və həsrəti, təbiətə vurğunluğu özünəməxsus ovqatla, bənzərsizlik nümunəsi ilə qələmə alan şairlərdən biridir.

Sumqayitfakt.Az xəbər verir ki, "Tənha köç"," Zərbə" kitblarının ön söz müəllifi Qəşəm Nəcəfzadə, “Gülün yarpıza dönsün” kitabının ön söz müəllifi isə Nəcibə İlkindir. Təqdimatı giriş sözü ilə Nəcibə İlkin açdı. Nəcibə xanım kitabın ön sözündə, Naibə xanım haqqında belə bir fikri dəqiqliklə ifadə edib:
“Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün” əsərlərini sosial şəbəkədə hamının qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı.
Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir.Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının borcu olsa da, hünəri deyil.





Naibə xanım gözəl dostdur, anadır. Sirlərlə dolu bu dünyada Naibə xanım hisslərini mənəvi zənginliyi ilə birgə, oxucularına çatdırmağı bacaran şairdir. Doğurdan da belədir, insan nə qədər çox elmlərə yiyələnirsə, özünü o qədər zəngin hiss edir. Bundan sonra da öyrənəcəkləri üzərində çalışır, ona görə də sadə olurlar. Həm ziyalı xanım kimi, həm sadə bir insan kimi, düşüncə və fikirləri ilə Naibə Yusif oxucularını, qələm dostlarını özünə yaxınlaşdıran səmimi insandır.



Ədəbiyyatımızın öndə gedən ağsaqqalları, sayılıb-seçilən simaları, elimizin müdrikləri, dünyagörüşlü , savadlı, mənəvi zənginliyi olan şəxslərə həmişə dəyər veriblər. İnsan həyatdakı, cəmiyyətdəki mövqeyini öz hərəkət və davranışları ilə özü müəyyənləşdirir. Bu fikirlərə əməl edən kəslər isə həmişə bu tövsiyələrin xeyrini hiss ediblər.
Naibə xanımın gözəl xasiyyəti, dostlarını dəyərləndirməyi, gözəl sirdaş-dostluğu haqqında o qədər danışmaq olar ki...Mənim vaxtım olanda, gecə yarı olsa belə, qələm dostlarımın yazılarını, şeirlərini, məqalalərini, povestlərini mütləq şəkildə oxuyuram, bu mənim iş tərzim, həyatımın bir parçasıdır. Onun şeirlərini-qəzəllərini oxuyanda sanki, başqa bir dünyaya düşür adam...Naibə xanım Vətən sevdalısı kimi insanları qurub-yaratmağa səsləyir, saf hisslərdən söhbət açır, təbiəti işıqlı misralarla vəsf edir. Naibə xanımın yaradıcılığı təmtəraqdan, hay-küydən, uzaqdır. Saf milli kaloritə, ülvi hisslərə köklənib Naibə Yusifin düşüncələri...Qələm dostumuz bədii söz sənətinin məsuliyyətini çox gözəl dərk edir, sənətinin mahiyyətinə Tanrı vergisi kimi baxır, o üzdən duyğuları ipək kimidir, sərrastdır.
(Realfakt.az)
Mayisə Əsədullaqızı

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər