Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb

Baxılıb: 3208     Tarix: 27-07-2021 08:18   
Sumqayıtlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb


Sumqayıtlı cüdoçu Zaur Cəlil Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub.

Sumqayitfakt.Az xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

Uzun illərdir ABŞ-da iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunan Zaur Cəlil açıqlamasında bu yarışda ilk dəfə iştirak etdiyini bildirib: "ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Rəqiblərim arasında Yaponiya, Latın Amerikası ölkələri və ABŞ-ı təmsil edən çox güclü idmançılar var idi. Sevinirəm ki, bu dəfə də ölkəmin adını qürurla təmsil etdim. Bütün uğurlarımı Azərbaycana həsr edirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ”.

Qeyd edək ki, Zaur Cəlil daha əvvəl Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər