Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub - ŞƏKİLLƏR

Baxılıb: 4232     Tarix: 15-07-2021 15:10   
Sumqayıtda Polad Həşimovun xatirə abidəsinin  və barelyefinin açılışı olub - ŞƏKİLLƏR

Sumqayıtda şəhid general-mayor Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub. Xatirə abidəsi 13-cü mikrorayonda şəhid generalın yaşadığı binanın qarşısında inşa edilib.

Sumqayitfakt.Az-ın məlumatına görə, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, Polad Həşimovun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışdan sonra abidəyə gül-çiçək dəstələri qoyulub, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Çıxışçılar Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Sonra Sumqayıtda Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.

Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Sumqayitfakt.Az





















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər