Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Mərhum jurnalist - rəssam Taleh Cavanşir oğlunun anım tədbiri keçirildi

Baxılıb: 2597     Tarix: 09-07-2021 23:25   
Mərhum jurnalist - rəssam Taleh Cavanşir oğlunun anım tədbiri keçirildi


Mərhum jurnalist - rəssam Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət sərgisi və anım günü keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Xətai Sənət Mərkəzində Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət bukletin və Hacı Azadə Taleh Abbas qızının Talehə iithaf etdiyi "Hardasan?" adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə rəssamlar, iş və sənət adamları, şairlər,həkimlər, alimlər və yazıçılar iştirak ediblər. Mərhum Taleh Cavanşir oğlunun anası həkim, jurnalist, şair "Qafqaz -Media "İctimai Birliyinin sədri, AYB və AJB-nin üzvü Hacı Azadə Taleh Abbas qızı gələn qonaqlara təşəkkürünü bildirib. Çıxış edən qonaqlar mərhum Taleh Cavanşir oğlunun əl işlərini yüksək qiymətləndiriblər. Hacı Azadə Taleh Abbas qızı ilk sözü Suraxanı RİH-nin şöbə müdiri, 1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı Elmar Hüseynə verib.
Sonra Müdafiə Nazirliyinin rəsmisi mayor Abbas Səfərli, sol ayağını Vətən yolunda qurban vermiş qazimiz, mayor İlkin Ziyadov, polkovnik Azər Hacıbəyli, tanınmış ağsaqqal rəssam Cümşüd İbrahimli, tanınmış rəssam Ülkər Əbülfət, rəssam Təhminə Əli, Bahar Dəmirli, alimlərdən həkim Elmira Zeynallı, həkim Vəfa Hacıbalayeva, Natiqə İsmayılova, kardioloq Nuranə Əliyeva, QHT rəhbərlərinfən Nəsibə Əliyeva, şair və yazıçılardan Hacı Seyid Əfəndi, Zakir Ağdamlı Rauf İlyasoğlu, Mütalib Tahiroğlu, Vüsal Ağayev, Qalibə Cəfərova, Hacı Aləmzər Sadıqqızı, həkim Məlahət Hümbətqızı, Südabə Sərvi, sənət adamlarından əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan, bəstəkar rəssam imruzə Hüseynova, Arif Səlimov, Talehin əmisi Məmmədəli Vahabov, Talehin xalası Zöhrə Rəhimova, YAP-ın fəal üzvü Gülnarə Məhərrəmova, general Firdovsi Ələkbərov, jurnalistlərdən Almaz İlahə Əhmədova, Vaqif Aşurov, Mirdaməd Əzizov, Şərqiyyə xanım və başqaları çıxış edərək mərhum Talehin əsərlərindən və onunla bağlı xatirələrindən bəhs ediblər.
Sonda Talehin atası Cavanşir Vahabovun məzarını Yasamal qəbirstanlığında ziyarət ediblər.

Qeyd edək ki, Mərhum Taleh Cavanşir oğlu 16.10.1988-ci ildə Bakıda anadan olmuşdur. Gəncə şəhəri 1 N-li məktəbdə, GəncəTürk- Özəl Liseyində, Gəncə rəssamlıq məktəbində, Ankara Universitetinin Hüquq fakultəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinin Beynəlxalq əlaqələr şöbəsində təhsil almışdır. Hərbi xidmətini Culfa və Ordubadda olub. Ailəli idi. 4 yaşlı qızı Zenfira Taleh qızı atasız böyüyür.
Həvəskar rəssam idi. İlk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda, Almaniyada və doğma Gəncədə keçirilib.
"Qafqaz -Media" İctimai Birliyinin Gənclər Şöbəsinin müdiri idi. 2008-2010-cu illərdə Cənab prezident ilham Əliyevin QHT-lərə ayırdığı Qrant layihələrdə mühasib kimi də fəaliyyət göstərib.
19.07.2020-ci il 31 yaşında qəfil ürək tutmasından dünyasını dəyişmişdir.
Allah Rəhmət etsin. Ruhu şad olsun!

Vüsal Ağa
Sumqayitfakt.Az

Şəkillər: FS Press Fərrux


























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər