Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

“Azman-holdinq”də Silahlı Qüvvələr Gününə həsr edilimiş görüş keçirilib

Baxılıb: 2288     Tarix: 29-06-2021 17:57   


“Bəlkə də dünyada yeganə xalqıq ki, müharibənin başlanmasına sevinmişik. Çünki torpaqlarımızı işğaldan azad etmək bizim üçün çox vacib və müqəddəs bir vəzifə idi.
Bu missiyanı rəşadətli ordumuz, onun qəhrəman əsgər, gizir və zabitləri şərəflə yerinə yetirdilər”. Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “AZMAN-HOLDİNQ”in rəhbərliyinin birinci və ikinci Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri ilə keçirdiyi görüşdə belə bir fikir vurğulanıb.

Görüşdən əvvəl holdinqin 44 günlük Vətən müharibəsində şəhid olmuş iki əməkdaşının - Əli Mehman oğlu Nağıyevin və Əbülhəsən Balaş oğlu Eyvazovun məzarları ziyarət edilib.

Sonra holdinqin mərkəzi ofisinə gələn görüş işçtirakçıları burada şəhidlərin xatirə guşəsi ilə tanış olublar. Görüşdə holdinqin tərkibindəki şirkət və müəssisələrdə işləyən müharibə veteranları, şəhidlərin valideynləri, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər.

Holdinqin mətbuat meneceri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov görüş iştirakçılarını salamlayaraq, onları əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, inkişaf mərhələri, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi rəşadət, xüsusən, 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə haqqında danışıb. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna xidmətləri qeyd olunub, Prezident İlham Əliyevin hərbi quruculuq sahəsində apardığı islahatların əhəmiyyəti vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni faşizmini məhv edərək, torpaqlarımızı işğaldan qurtarmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının xalqımızda hədsiz sevinc və qürur hissi doğurduğu, şanlı Qələbəmiz uğrunda canını-qanını əsirgəməyən cəsur vətən övladlarının qəhrəmanlığının tariximizə qızıl hərflərlə yazıldığı və daim ehtiramla xatırlanacağı bildirilib.

Görüşdə birinci Qarabağ müharibəsinin veteranı, holdinqin əməkdaşı Namiq Həsənov, 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı, "Zəfər" İctimai Birliyinin sədri Sevinc Alızadə, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı Sübhan Məlikov, şəhid atası Balaş Eyvazov çıxış edərək, rəşadətli Silahlı Qüvvələrimiz, qəhrəman hərbçilərimiz haqqında fikirlərini bildirib, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən dövlət qayğısından bəhs edib, həmçinin “AZMAN-HOLDİNQ”in rəhbərliyinin onlara daim maddi-mənəvi dəstək verdiyini vurğulayıblar.

Görüş holdinqin rəhbərliyi adından şəhidlərin ruhuna “Manqal” restoranında ehsan verilməsi ilə başa çatıb. Axırda şəhidlərin valideynlərinə və 44 günlük Vətən müharibəsinin veteranı olan əməkdaşlara Silahlı Qüvvələri Günü münasibətilə hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, hazırda “Azman Holdin”in tərkibindəki qurumlarda birinci və ikinci Qarabağ müharibəsinin veteranı olan 35 nəfər çalışır. Holdinqin iki əməkdaşı 44 günlük Vətən müharibəsində şəhid olub.

Sumqayitfakt.Az









“Azman-holdinq”də Silahlı Qüvvələr Gününə həsr edilimiş görüş keçirilib



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər