Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Günay Ümid: "Şeir insanın içindəki ruh halının kağıza köçürülmüş şəklidir" -MÜSAHİBƏ

Baxılıb: 2583     Tarix: 12-06-2021 14:01   
Günay Ümid: "Şeir insanın içindəki ruh halının kağıza köçürülmüş şəklidir"


Sumqayitfakt.az-ın əməkdaşının gənc şair Günay Ümidlə apardığı müsahibəni təqim edirik:

-Günay xanım, sözə yaxın olduğunuzu nə zaman kəşf etmisiz?

- Sözlə xüsusi bir bağım olduğunu düşünmürəm. Onlar mənim üçün deyil, mənə rəğmən var. Mən onlardan istifadə etməyə məhkumam.

-Şeirlə musiqinin vəhdəti varmı?

- Şeir "ilham" dediyimiz ürək yükündən ibarətdir. Musiqi həmin yükü sağıb gətirən vasitədir. Şeir musiqi müşayəti altında yazılırsa zorlanmır, parçalanmır, dipdiri doğulur.

-Şeir anlayışınızdan bəhs edin.

-Şeir insanın içindəki ruh halının kağıza köçürülmüş şəklidir. Bu rəsmdən çölə yansıyan duyğular ən güclü ifadə vasitəsidir. Oxucu həmən tabloda özündən bir şeylər tapdığında o rəsm aydınlanır.

-Şair və şairə mövzusunda nə düşünürsünüz?

- "Şairə sözünü sevmirəm". Qadın və kişi cinsi olan dillərdə belə şair sözünə cinsiyyət gətirmirlər. Bizim cəmiyyətdə bu sifətləndirmə qadının kişiyə görə 1-0 geri başlamısından irəli gəlir. Bütövlükdə isə şairin cinsi, irqi ola bilməz. Şair kosmopolit insan olmalıdır. Belə insanların ayrımçılıq kimi bir dərdi olmaz. Əgər ayrı seçkiliyə qalsa qadının şair olması qəhramanlıqdır. Kişilərin şair olmasına nə varki. Şərab qoxulu şeirlərdən, yasaq sevgilərə qədər, ilhamlanıb şeir yazmaq məharət deyil. Təbii ki, əsl istedad müqaisə olunmaz.

-"Şeir" adı ilə uzun uzadı çoxları nəsə yazır. Buna münasibətiniz,

- Var həcimli şeir, var uzun şeir. Bunları qarışdırmaq olmaz. Uzun şeir ancaq uzunçuluqdan ibarətdir. O ədəbi nümunə deyil. Mənə görə bir misranın nökərçiliyini edən şeirlər də nümunə deyil.

-Hansı şairləri sevirsiniz?

-Mən şairləri yox, şeirləri sevirəm. Daha doğrusu desək fikirləri sevirəm.

Yazmadığınız günlərin heyfini necə çıxırsınız?
Və ya əsl sənətkar həmişə yazmalıdır?


- Qələm əhli pəncərədən baxanda da işləyir. Amma bu o demək deyil ki, şair hər gün yazı yazmalıdır. İlham enerji kimi bir şeydir. Və o hər an gəlmir. Gələndə isə bu hal, mətni yazıb bitirənə qədər davam edir. Odur ki, bu halın heyfini çıxmaq üçün ehtiyac yaranmır.

-Əgər siz yaxşı oxucu olsaydınız, Günay Ümidi oxuyub ona nə sual verərdiniz?

-Əslində özümə sual vermək üçün oxucu olmağıma gərək yoxdur. Tez-tez "niyə özümə yetişə bilmirəm", "niyə bu qədər özümü yoruram" suallarının qarmağında ilişib qalıram. Əgər cavabınız olsa mütləq mənə də bildirin.


-Qarabağ probleminin dünyaya çatdıran bir bədii əsər adı çəkin.

-"Meyxoş Abdullanın "Əsir qadın" romanı.

-Oxucularınızdan razısınızmı?

-"Əsl sözün, fikrin alıcısı çox azdır" Bu baxımdan heç vaxt oxucularımı müqaisə etməmişəm.

-Günay xanım, -Sumqayitfakt.Az-a təklif və arzularınız?

-Saytınıza bol-bol uğurlar arzu edirəm.
Bir də ən əsas, doğrunun, istedadın yanında olmağınızı diləyirəm.

-Təşəkkür edirəm! Sumqayitfakt.Az olaraq sizi "Acı şokalad" adlı kitabınızın işıq üzü görməsi münasibəti təbrik edirik!

-Çox sağ olun! Təşəkkür edirəm!

Söhbətləşdi: Vüsal Ağa
Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər