Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Yanacaq bahalaşandan sonra süni qiymət artımının baş verməməsi üçün... - Deputat

Baxılıb: 284     Tarix: 05-01-2021 13:35   
Yanacaq bahalaşandan sonra süni qiymət artımının baş verməməsi üçün... - Deputat

"Dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var".
Sumqayitfakt.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Tarif Şurasının yeni qərarından danışarkən deyib. Deputat qeyd edib ki, bu monitorinqlər hansı məhsulların xərclərinin qiymət artımlarının təsir etdiyini və hansılara təsir etmədiyini müəyyənləşdirilməsi baxımından vacibdir:

"Dizel yanacağının qiyməti xüsusən də iki sektorda xərclərə birbaşa təsir göstərib. Onlardan birincisi kənd təsərrüfatıdır. Nəzərə alsaq ki, kənd təsərrüfatında istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir, digər hissəsi isə ictimai nəqliyyatdır. Bu baxımdan dizel yanacağının qiymətindəki artımlarından sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir. Nəzərə alaq ki, il yeni başlayır. İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür".

Vüqar Bayramov təklif edir ki, aqrar sektorda subsidiyaların məbləği 2021-ci il üçün hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın:

"Həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirlərini minimullaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibari ilə imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun.
Tarif Şurasının qərarında da qeyd olunduğu kimi, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır. Bu da dizel yanacağının qiymətinin artmasında yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xususi dəstəyin nümayiş edirəcəyi gözlənilir. Bu da vacibdir. İctimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımdan əhəmiyyətlidir. Nəzərə alaq ki, artıq rəsmi olaraq da açıqlamalar yayıldı ki, ictimai nəqliyyatda qiymət artımları gözlənilimir və bununla bağlı rəsmi müraciət yoxdur. Bu kontekstdən dizelin qiymətinin artmasındakı fərqin ictimai nəqliyyat sektorunda olan sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir".

Millət vəkili hesab edir ki, belə qiymət artımlarının psixoloji tərəfləri olur:

"Ona görə məqsədəuyğundur ki, istehlak bazarındakı monitorinqlər gücləndirilsin. Xüsusən də süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Bu da təbii ki, bazarda psixoloji səbəbdən süni qiymət artımlarının qarşısını ala bilər ".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər