Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Rəhman Orxanın 70 (+1) yaşlı Sumqayıta həsr etdiyi kitabı işıq üzü görüb

Baxılıb: 3229     Tarix: 01-12-2020 16:35   
Rəhman Orxanın 70 (+1) yaşlı Sumqayıta həsr etdiyi kitabı işıq üzü görüb

Son 5 ildə sürətlə yeniləşərək, gündən-günə daha da abadlaşan, dünyanın maraq doğuran, əsrarəngiz bir şəhərinə çevrilən 71 yaşlı bu şəhər haqqındakı kitab “Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...” adlanır

Kitabda ilk olaraq Sumqayıtın əfsanəvi keçmişindən və yaranma tarixindən, bugünündən, Ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə və Azərbaycan Dövlət müstəqilliyi əldə etdikdən sonra daha 10 il ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Cənubi Qafqazın ən böyük sənaye şəhəri olan Sumqayıtın inkişafında böyük, əvəzsiz xidmətlərindən söhbət açılır. Dahir rəhbərin müxtəlif illərdə şəhərin iqtisadi potensialının durmadan artırılması, onun kimya və neft-kimya, metallurgiya, maşınqayırma, energetika sənayesinin və tikinti kompleksinin sürətli inkişafı, qadınların işlə təmin olunması məqsədilə ilk dəfə olaraq müasir yüngül sənaye müəssisələrinin yaradılması, yeni mədəniyyət və təhsil ocaqlarının inşası üzrə əvəzsiz, müstəsna xidmətləri Sumqayıta göstərilən diqqət və qayğının nəticəsi olaraq bu gün də şəhərin mühüm inkişaf bazası kimi böyük əhəmiyyət daşıyır.

Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 5 ildə Sumqayıtın sürətli inkişafı, onun Cənubi Qafqazda ən iri və güclü sənaye mərkəzi, XXI əsrin ən yüksək texnologiyalar, texnoparklar şəhəri olması üçün böyük və ardıcıl səylərindən, Ulu öndərin çoxillik arzusu olaraq Sumqayıtın bənzərsiz bulvarının yaradılmasında böyük rolundan, şəhərin bütün məhəllə və mikrorayonlarını, mədəniyyət və təhsil müəssisələrini, yol infrastrukturunu əhatə edən geniş miqyaslı abadlıq-quruculuq, təmir-bərpa işlərindən fotoların dili ilə söhbət açılır.

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıt bulvarı isə, hesab edirəm ki, bir MÖCÜZƏdir. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük əməyi var. Bu gün Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib” sözləri şəhərin son illərdəki möhtəşəm inkişaf reallığını tam dolğunluğu ilə əks etdirir.

Kitab bir-neçə maraqlı bölmədən, müxtəlf vaxtlarda respublika mətbuatında və saytlarda dərc edilmiş “O zaman Sumqayıt 20 yaşında bir cavan kimi idi”, “Deyəsən, axı, Sum qayıtdı”, “Aleksandr Düma bir də bu yerlərdən keçsəydi”, “Rus şairi Y.Yevtuşenkonun Kremlə atdığ “bomba” və Sumqayıtın yolları”, “Sumqayıtda inqilabi innovasiya”, “Bir gəncin Sumqayıtı “ağ şəhər” kimi görmək arzusu necə çin oldu?”, “Bakıya qardaşdır, durub yanaşı” və s. məqalələrdən ibarətdir.

Kitaba Sumqayıtın yetirməsi olan görkəmli şair, M.Qorki adına Ümumittifaq mükafatı laureatı, vaxtilə bütün SSRİ-yə səs salmış Əli Kərim adına Poeziya klubunun və sonralar Respublika Ədəbi Birliyinin yaradıcısı və sədri olmuş Vaqif İbrahimin və bu gün onun poetik estafetini uğurla davam etdirən, Sumqayıt Poeziya Evinin direktoru şair İbrahim İlyaslının Sumqayıta həsr edilmiş şeirləri və “Canlanır hər qarış çöl Sumqayıtda” mahnısının mətni daxil edilmişdir.

Sumqayıtın “Azəri” nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru yazıçı-publisist Hümbət Həsənoğlu, layihə rəhbəri Azərbaycan İnşaat və Memarlıq Universitetinin professoru Sahib Fərzəlyev, məsləhətçiləri – “Sumqayıtın tarixi” muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Olya xanım İslamova və Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, tərtibatçı-rəssamı Azər Məhəmməddir.

Kitabda AzərTAC-ın foto-arxivindən götürülmüş, həmçinin respublikanın tanınmış veteran foto-müxbirləri Rasim Sadıqovun, Məqsəd Quliyevin, Oleq Litvinin, Pyotr Pleşakovun və Şakir Rəhmanın Sumqayıtla bağlı müxtəlif illərdə çəkdikləri 180-dən artıq foto-şəkil və illüstrasiyalar yer almışdır.

Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər