Laçın rayonunun səhiyyə STATİSTİKASI
Baxılıb: 3276 Tarix: 01-12-2020 16:26

Laçın rayonunun səhiyyə statistikası açıqlanıb.
Sumqayitfakt.Az/ məlumat verir ki, bununla bağlı TƏBİB-in sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, rayonun işğaldan əvvəl 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub:
"Hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır".
Qeyd edilib ki, hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir:
"Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!".
loading...
Ən çox oxunanlar