Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Rusiya sülhməramlıları üçün yüklər niyə dəhlizlə yox, Azərbaycan ərazisindən daşınır? - ŞƏRH

Baxılıb: 4183     Tarix: 30-11-2020 13:57   
Rusiya sülhməramlıları üçün yüklər niyə dəhlizlə yox, Azərbaycan ərazisindən daşınır? - ŞƏRH


Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanat tam şəkildə icra edilməkdədir.

Bəyanatda nəzərdə tutulmuş sayda 1960 nəfərdən ibarət Rusiya sülhməramlısı artıq Qarabağ ərazisində öz işini görür. Onların yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər uğurla həyata keçirilib. Həmçinin Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yükləri məhz Azərbaycan vasitəsilə daşımağa qərara alıb.

Belə ki, Rusiyanın Ermənistanla sərhədi yoxdur. Bundan başqa, Laçın dəhlizi ilə yüklərin daşınması əlverişsizdir. Çünki dəhliz vasitəsilə Ermənistandan Azərbaycan ərazisinə giriş məhduddur. Bu isə yüklərin çatdırılması baxımından vaxt itkisinə səbəb olur və kifayət qədər artıq məsrəf tələb edir.

Bu yerdə Azərbaycanın humanistliyi bir daha özünü göstərir. Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən ölkəmiz şimal sərhədini Rusiya sülhməramlılarının üzərinə açıb.

Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük isə dünən Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb. Daha sonra həmin yüklər Azərbaycan Müdafiə Nazirliyinə tabe olan Hərbi Polisin müşaiyəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat nöqtəsinə çatdırılıb.

Bütün bu amillər bir neçə məqamı özündə əks etdirir:


1. Azərbaycan Dağlıq Qarabağda məskunlaşmış etnik ermənilərə münasibətdə humanistliyini ortaya qoyur. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Bu gün məhz Azərbaycanın humanistliyi sayəsində ərzaq ehtiyatı, texnikalar, insan resursları Xankəndiyə, Ağdərəyə, Əsgərana daşınır, Rusiya Fövqəladə Hallar Nazirliyi bu imkanlar sayəsində Dağlıq Qarabağda müharibə zamanı zərər görmüş obyektlərin abadlaşdırılması üçün işlər görür. Həmçinin Xankəndidə hərbi hospital tikilir. Bu hospital isə ən azı beş il müddəti burda hərbi qulluq keçəcək Rusiya sülhməramlıları üçün nəzərdə tutulub.

2. Yüklərin Azərbaycan ərazisindən daşınması ölkəmizin nəqliyyat-logistika infrastrukturunun inkişafından xəbər verir. Bu onu göstərir ki, dəmiryolu xəttlərimiz bu tip əməliyyatların həyata keçirilməsi üçün əlverişlidir.

3. Bu amil həm də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin göstəricisidir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Sülhməramlı qüvvələrin ehtiyacı üçün tələb olunan yüklərin Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq protokola uyğun olaraq Azərbaycan vasitəsilə daşınması ölkəmizin ərazi bütövlüyünə və suverenliyə hörmətin nümunəsidir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Dağlıq Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də nümunə ola bilər.

4. Rusiyanın Azərbaycanla bağladığı birgə Bəyanat və ikitərəfli protokol da bu iki ölkənin strateji tərəfdaşlığından xəbər verir. Noyabrın 10-dan sonrakı hadisələr Rusiyanın beynəlxalq hüquqa və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir./ölkə.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər