Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”

Baxılıb: 3169     Tarix: 25-11-2020 15:28   
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib.

O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb:


“Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən və açıq şəkildə erməniləri dəstəkləyən Minsk Qrupunun həmsədrinin və bəzi ölkələrin narahatlıqları önəm kəsb etmir”.

Ərdoğan Rusiya prezidenti ilə də Qarabağ mövzusunu müzakirə etdiyini deyib:


“Dünən axşam cənab Putinlə bu məsələləri müzakirə etmək imkanım oldu. Hansı addımları ata biləcəyimiz barədə danışdıq. Həm dəmir yolu, həm də magistral yolla qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini təşkil edərək azərbaycanlı qardaşlarımızın ən qısa zamanda öz torpaqlarına qayıtmasını təmin edəcəyik”.

Türkiyə başçısı həmçinin bildirib ki, Prezident İlham Əliyev də bu barədə danışıb:


“Qardaşım İlham Əliyevlə danışdıq və atılan addımları dəyərləndirdik. Kəlbəcər tamamilə təhvil verildi. Azərbaycanlı qardaşlarımızın Kəlbəcərə getmək imkanı olacaq. 30 il gecikmə ilə olsa da Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başladı. Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”.oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər