Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Əsirlərimizlə bağlı AÇIQLAMA

Baxılıb: 4105     Tarix: 24-11-2020 12:06   
Əsirlərimizlə bağlı AÇIQLAMA

Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlardan sonra Ermənistanın 30 illik qurduğu müdafiəni darmadağın edərək düşməni ağ bayraq qaldırmağa məcbur edib.

Sumqayitfakt.Az xəbər verir ki, Vətən Müharibəsi Milli Ordumuzun şanlı qələbəsi və torpaqlarımızın azad edilməsi ilə nəticələnib.

Qeyd edək ki, müharibə vaxtı həm Azərbycan, həm də düşmən tərəfdən hərbçilərin əsir düşməsi halları baş verib. Bunu təsdiq edəcək hər iki tərəfin görüntüləri də vardır. Həmçinin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatda qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslər, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi əsirlərlə bağlı davranış qaydaları 12 avqust 1949-cu il qəbul edilən Cenevrə konvensiyası ilə tənzimlənir: "Cenevrə konvensiyası 143 maddədən ibarətdir və ilk əsir düşmə anından etibarən onların saxlanılması, yerləşdirilməsi, qidalanması, geyim və tibbi təminatı, dini ayinlərin yetirilməsi üçün şərait yaradılması və digər halları əhatə edir.

Əsir düşdükdən sonra həmin şəxs sorğu-sual zamanı adı, soyadı və ata adını, rütbəsini, ad gününü və digər məlumatları əsir götürən tərəfə təqdim edirsə, ona qarşı heç bir təzyiq göstərilə bilməz. Hərbi əsirlər həmçinin müvəqqəti sənədlərlə də təmin edilməlidir.

Hərbi əsirlərə əzab vermək və təzyiq göstərmək qətiyyən qəbuledilməzdir. Cavab verməkdən imtina edən şəxslər heç bir məhdudlaşdırmaya və təhqirə məruz qalmamalıdır".

Ekspert hesab edir ki, əgər əsirlər işgəncə və oxşar hallara məruz qalarsa, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarına təfsilatı ilə məlumat verməli və yazılı imzaları ilə təsdiq etməlidirlər: "Hərbi əsirlərlə məşğul olmaq üçün dünyada qəbul edilən format Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Bunların hər bir ölkədə ofisləri var və yerləşdiyi ərazidən asılı olmayaraq bir-birilə aktiv əlaqədədir.

Digər tərəfdən Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da fəaliyyət göstərir. Alternativ qurum da Ermənistanda yaradılıb.

Azərbaycan dövləti əsir və girovların qatraılması istiqamətində Rusiya və beynəlxalq qurumlarla aktiv şəkildə çalışır. Buna görə, əsirlərin geri qaytarılması istiqamətində ümidlər böyükdür. Bu məsələ 3 ölkə arasında imzalanan bəyanatın 8-ci maddəsində də öz əksini tapıb. Bu maddəyə əsasən nəinki hərbi əsirlərimiz, digərlər saxlanılan şəxslər Dilgəm və Şahbazın da azad edilməsi real görünür".

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova BAKU.WS-ə deyib ki, münaqişə nəticəsində saxlanılan şəxslərin qaytarılması sırf münaqişə tərəflərinin qərarıdır:

"Beynəlxalq Qızıl Xaç Komitəsi həmin qərarı verən tərəf deyil. Münaqişə tərəfləri qərar verəndə ki, kimləri və nə vaxt azad edirlər, o halda biz neytral vasitəçi olaraq həmin əməliyyatın həyata keçirilməsinə dəstək veririk.

Danışıqlar davam edir və bunun məzmunu ictimaiyyətə açıqlanmır. Çünki bu iki tərəfli konfidensial dialoqun bir hissəsidir. Kimi, nə vaxt qaytarmaqla bağlı qərarı münqaişə tərəfləri verir.

Əsir və girovların sayı barədə məlumatın daşıyıcısı münaqişə tərəfləridir. Bu səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsi rəqəmləri açıqlamır"./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər