Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Nazirlik ermənilərin ərazilərimizdə törətdiyi ekoloji terrorla bağlı məlumat yaydı

Baxılıb: 3164     Tarix: 06-11-2020 12:02   
Nazirlik ermənilərin ərazilərimizdə törətdiyi ekoloji terrorla bağlı məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü ilə bağlı məlumat yayıb.


ETSN-dən bildirilib ki, işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir:

“Təbii sərvətlərin talan olunması, ərazilərin yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi erməni işğalçıları tərəfindən bu gün də davam etdirilir və regionun ekoloji durumuna böyük zərər vurulur.

İşğal altında olan ərazilərdə yerləşən su anbarlarından cəbhəboyu bölgələrdə yaşayan əhalinin istifadə etməsinə imkan verilmir və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradır.

ƏBelə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək, sudan istifadədə maneələr yaradılır, əksinə, suya ehtiyac olmayan yağışlı günlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurur”.

“Uzun illər işğal altında olan Qarabağ ərazisində 2000-dən çox ali bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bu növlərdən 70-i işğal olunmuş ərazilərdə rast gəlinən nadir növlər olub, “Qırmızı Kitab”a daxil edilib. Qarabağ ərazisində ümumilikdə 400-dən çox quru onurğalı növləri yayılıb, bunların 60-dan çoxu nadir və sayı azalmaq təhlükəsi altında olan fauna növləridir.

Ümumi sahəsi 43 min ha olan iki dövlət təbiət qoruğu, dörd dövlət təbiət yasaqlığı, 152 ədəd təbiət abidəsi – qədim ağaclar, beş ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalıb”, - deyə qeyd edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər