Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

“Laçın azad edilərsə, o zaman İrəvan…”

Baxılıb: 4210     Tarix: 30-10-2020 10:15   
“Laçın azad edilərsə, o zaman İrəvan…”

“Ermənistanla Azərbaycan arasında artıq sülhdən danışmaq lazım deyil, çünki müharibənin də öz qaydaları olmalıdır. Bu qaydalar Cenevrə konvensiyaları və onlara əlavə protokollarla müəyyən edilib. Qaydalara və protokollara əsasən, hərbi əməliyyatlar zamanı mülki obyektlər və dinc şəhərlər toxunulmazdır”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatlarının bilavasitə cəbhədə aparılması ilə cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərlərə raket hücumu fərqli məsələlərdir:

“İrəvan beynəlxalq humanitar hüquq normalarına və bütün bəşəriyyətə qarşı növbəti hərbi cinayət törədib. Bu əmələ heç cür haqq qazandırmaq olmur. Əsas odur ki, bu əmrlərin kim tərəfindən verildiyini və kim tərəfindən yerinə yetirildiyini müəyyənləşdirək, çünki bu, cinayətkar əmrlərdir. Əvvəlcə Gəncədə, indi isə Bərdədə baş vermiş hadisələrə dair əmr verən erməni hərbçiləri və siyasətçiləri hərbi cinayətkarlardır”.

Ekspert vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Üç atəşkəs elan olunmuşdu və onların hər biri İrəvan tərəfindən pozuldu. Odur ki, hər hansı danışıqların irəliləyişinə inanmaq çətindir”.

Korotçenko qeyd edib ki, Azərbaycan Ordusunun Laçını, xüsusilə də Laçın dəhlizini nəzarətə götürməsi döyüş əməliyyatlarında dönüş nöqtəsi olacaq: “Azərbaycanın hərbi komandanlığının taktikası çox düşünülüb. Burada heç kim əsgərləri ölümə göndərmir. Hər şeydən əvvəl yüksək dəqiqliyə malik müasir silahlardan istifadə olunur ki, bu da maksimum uğur əldə etməyə imkan verir, eləcə də dinc əhali arasında itkiləri minimuma endirir. Laçın dəhlizi nəzarətə götürüləndən sonra Ermənistan Qarabağda hərbi qruplaşmalarının təchizat yolunu itirəcək. Məhz o zaman İrəvan mövcud reallıqları dərk edəcək”.yenisabah

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər