Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

"Mişustinin İrəvana səfəri təsdiqlənərsə, bu, bizdə təəccüb doğuracaq" - Hikmət Hacıyev

Baxılıb: 492     Tarix: 05-10-2020 19:35   
"Mişustinin İrəvana səfəri təsdiqlənərsə, bu, bizdə təəccüb doğuracaq" - Hikmət Hacıyev

Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb.


Sumqayitfakt.Az
xəbər verir ki, APA bu məlumatları şərh etmək üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edib.

- Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana səfər etməsi barədə məlumat var. İki ölkə arasında müharibə getdiyi bir şəraitdə Mişustinin bu səfəri nə məna daşıyır?


- Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq.

- Bundan bir neçə gün öncə Ermənistan Baş nazirini müavini hökumət təyyarəsi ilə Moskvaya səfər etmişdi. Bu da sual doğuran məsələdir. Hətta məlumat var ki, həmin mülki təyyarədə Ermənistana silah gətirilib.


- Bu məlumatı araşdırılması üçün aidiyyəti ünvanlara göndərəcəyik. Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər