Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Politoloq

Baxılıb: 4183     Tarix: 22-09-2020 10:13   
Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Politoloq

Biz qaçılmaz müharibəyə çoxdan hazırıq. Düşmən tərəf isə hələ cəbhədə postlara qoymağa əsgər axtarır.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsindən sonra Azərbaycanın işğal altında saxlanan Qarabağ ərazisindəki qondarma qurumun “lideri” Araik Arutyunyanın İrəvana səfəri haqda danışarkən deyib.

Politoloq bildirib ki, Araik Arutunyanın Ermənistana və Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi mikroməqamlardır, lakin Ermənistanın təbliğatı makrogörüntü yaratmağa çalışır:

“Cənab Prezidentin özü də çıxışında bildirdi ki, Ermənistan ciddi müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan tək deyil, onları buna sövq edən, ruhlandıran 3-cü qüvvə var. Lakin Ermənistan hələ anlamır ki, regionda qüvvələr nisbəti çox dəyişib. Digər tərəfdən, regionda dominant qüvvə Azərbaycandır. Ermənistan tərəfi nə qədər PKK, ASALA və ya başqa muzdluları münaqişəyə cəlb etsə də, bu, qüvvələr nisbətini tarazlaşdırmaq üçün kifayət deyil.

Düşünürəm, hazırda müharibə ehtimalı çox yüksəkdir, amma müharibə olmayacaq. Çünki Qafqazda alovlanacaq kiçik qığılcım böyük alova çevrilə bilər”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər