Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddialar

Baxılıb: 3552     Tarix: 08-09-2020 16:06   
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddialar

Xəbər verdiyimiz kimi, ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.


Səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü deyilən Əli Həsənov orada xəstəxanaya deyil otelə yerləşib.

Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli "booking.com” vasitəsilə sifariş edib.

Bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış mərkəzlərindən hesab olunan "Bal Mumcu” ərazisində 75 milyon lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun "Moda” adlanan ərazisindəki "Double Tree” otelində qalmağa üstünlük verib.

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, adına onlarla bank kartı olmasına baxmayaraq Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək bütün ödəmələrin nəğd şəkildə həyata keçiriləcəyini bildirib.

Bildirilir ki, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək orada öncədən dostu olduğu azərbaycanlı həkimin müayinəsinə gedir.

İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada "Mərmərə Qrupu”nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, "Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.

4 sentyabr tarixində "Facebook” sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı radələrdə İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya səfər edən zaman Əli Həsənov təyyarədən yox avtomobildən istifadə etməyə üstünlük verib.

Əli Həsənovun Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, səhhətində ciddi problemlərin olduğu deyilən Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov da İstanbula səfər edib. Əli Həsənov Antalyaya yola düşən zaman oğlu Şamxal Həsənov da "Misir Hava Yolları”na bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edir.

Məsələ ilə bağlı Əli Həsənov oğlu Şamxal Həsənovdan münasibət öyrənmək istəsək də, onun telefon nömrəsinə zəng çatmadı. Vaxtı ilə Əli Həsənovun ailə üzvlərinə məxsus biznes şəbəkəsinə rəhbərlik edən, "Xəzər” TV-nin sabiq direktoru Mahmud Taharlı isə suallarımıza cavab verməkdən yayınaraq bildirdi ki, mən sadə vətəndaşam, məni bu məsələlər qarışdırmayın./yeniavaz.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər