Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL

Baxılıb: 31 812     Tarix: 01-09-2020 09:59   
Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL


Şamaxı rayonunda mənzilə basqın edərək ahıl yaşlı qadın və kişiyə qarşı zorakılıq edən, onlara məxsus əşyaları talan edən şəxslər tutulub.

Sumqayitfakt.Az xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon polis şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı, Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Mecid oğlunu döyərək əmlakını talan edib. Aparılmış istintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, Şamaxı şəhər sakinləri-1999-cu il təvəllüdlü Heybətov Elxan Ənvər oğlu, 1992-ci il təvəllüdlü Həmidov Pərvin Babək oğlu və 1985-ci il təvəllüdlü Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Niyazova Zərifə İsmayıl qızının yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəlik (əsa) və bıçaqla Niyazova Zərifə İsmayıl qızını və Niyazov Polad Mecid oğlunu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan "Nokia 112" markalı, "Samsung Galaxy J2" markalı mobil telefonları, 17 manat nağd pulu götürərək qaçıblar. Onlar barəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir.

Manevr.az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər