Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

“Qafqaz Media” İctima Birliyi sumqayıtlı qələm sahiblərini təltif etdi

Baxılıb: 4633     Tarix: 24-07-2020 17:16   
“Qafqaz Media” İctima Birliyi sumqayıtlı qələm sahiblərini təltif etdi

“Qafqaz Media” İctima Birliyinin adı respublikamızın müxtəlif kütləvi informasiya vasitələridə, radio və televiziya kanallarında, internet saytlarında çalışan qələm adamlarına yaxşı tanışdır. Təsis olunduğu və qeydiyyatdan keçdiyi vaxtdan ötən 16 il ərzində ictima birliyin xətti ilə yüzlərlə tədbir keçirilmiş və yüzlərlə jurnalist Birliyin təsis etdiyi – “Peşəkar jurnalist”, “Cəsarətli qələm”, “Vicdanlı qələm”, “Reytinqli jurnalist”, Ustad sənətkar və xüsusi olaraq "Qafqaz" media mükafatları və döş nişanları ilə təltif olunmuşdur.


Sumqayitfakt.Az xəbər verir ki, “Qafqaz Media” İctima Birliyinin sədri, tanınmış jurnalist, həkim, şairə, Prezident mükafatçısı Hacı Azadə Taleh Abbasqızı Milli Mətbuatımızın inkişafı, yeni müstəvidə formalaşması, dövlətə və dövlətçiliyə sədaqət ruhunda, vicdanlı və qərəzsiz fəaliyyət göstərməsi istiqamətində çox böyük işlərə imza atmışdır.

Bildiyiniz kimi, bu yaxınlarda “Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızına ağır itki üz vermiş, yeganə oğlu Taleh Hüseynov dünyasını vaxtsız dəyişmişdir. Bizim hər birimiz bu ağır və üzücü xəbərdən - Talehin vəfatından kədərləndiyimizi bildirir və Azadə xanıma dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!

Sözümün canı ondadır ki, bu ağır anında da Azadə xanım Milli Mətbuatımızın 145 illiyi ilə əlaqədar həmrəylik nümayiş etdirmiş, bir qrup tanınmış sumqayıtlı jurnalisti və qələm adamını “Qafqaz Media” İctimai Birliyinin Sumqayıt nümayəndəsi, tanınmış jurnalist İlhamə xanım Məhəmmədqızının vasitəsi ilə xüsusi diplom və döş nişanı ilə təltif etmişdir.

Diplomlar və döş nişanları Pandemiya səbəbindən Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun olaraq toplantısız, fərdi qaydada təqdim edilmişdir.

Təltif olunanlar sırasında AJB Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday, Sumqayıt “Poeziya evi”nin direkroru İbrahim İlyaslı, “Dünya” teleradio şirkətinin prezidenti Ramiz Hüseynov, “Günəşli sabah” qəzetinin təsisçisi və baş redaktoru Aygün Hacıyeva, şair-publisist Əli Rafiq, gənc və istedadlı şair Elvin Əlizadə və digər qələm adamları var.

Mərcan Sabirqızı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər