Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

“Milli maraqlar naminə həmrəylik Azərbaycanın ən böyük uğurlarından biridir” - Tahir Mirkişili

Baxılıb: 4940     Tarix: 15-07-2020 21:01   
“Milli maraqlar naminə həmrəylik Azərbaycanın ən böyük uğurlarından biridir”

"Milli maraqlar naminə həmrəylik və yekdillik müasir Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir".

Sumqayitfakt.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki,Ermənistanın torpaqlarımızın işğalına rəvac verən ən mühüm məsələlərdən biri, o zaman ölkəmizdə olan siyasi hərc-mərclik, siyasi mübarizə və siyasi maraqların ümumxalq maraqlarından üstün tutulması oldu:
“Məhz bu fürsətdən yararlanan ermənilər Qarabağı və ətraf rayonlarımızı işğal etdilər. Torpaqların müdafiəsi ilə məşğul olmalı olan ordu Bakıda siyasi oyunlara cəlb olunaraq, yaranan xaos Azərbaycanın ciddi itkilər ilə üzləşməsinə səbəb oldu. Yalnız Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi bu prosesin qarşısını ala bildi. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi dövründə isə ölkədə bütün sahələrdə olduğu kimi, siyasi münasibətlərdə də ciddi islahatlar aparılmış, dövlət və xalq marağını hər şeydən üstün tutan, qanun çərçivəsində fəaliyyət göstərən bütün siyasi qüvvələr bu islahatlardan daim yararlanmışlar. Yeni seçilmiş parlamentin rəhbər orqanlarında bütün partiyaların təmsil olunması yaradılmış yeni imkanlardan xəbər verir. Belə bir siyasi mühitdə Ermənistanın son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair yekdil bəyanatı çox mühüm addımdır. Bu yekdillik artıq düşmən qüvvələri ölkəmizdə 1990-cı illərin əvvəllərində mövcud olmuş siyasi çəkişmədən yararlanmaq imkanlarından məhrum edir. Azərbaycanın bütün sağlam siyasi qüvvələrinin milli maraqlar uğrunda vahid mövqe sərgiləməsi yeni siyasi reallığın mühüm mərhələsi olmaqla yanaşı, ölkəmizə qarşı məkrli planlar həyata keçirmək istəyən daxili və xarici qüvvələrə qarşı göstərilən güclü siyasi mövqedir. Milli maraqlar naminə həmrəylik və yekdillik müasir Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər