Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Stalin 9 May Qələbə günü bayramını niyə ləğv etdi?!...

Baxılıb: 464     Tarix: 14-05-2020 15:11   
Stalin 9 May Qələbə günü bayramını niyə ləğv etdi?!...


O kimdən qorxub 9 May Qələbə günün təntənəli formada keçirilməsindən imtina etdi....

Stalin 1945-ci ildə faşizm üzərində qələbə çaldıqdan sonra cəmi 3 il 1945,1946 və 1947-ci illərdə 9 May Qələbə günü kimi təntənəli parad formasında qeyd edilib. Lakin 1948-ciildən etibarən 9 May rəsmi bayram kimi keçirilmədiyindən parad keçirilməyib, 9 May adi iş gün elan edilib.

SSRİ-nin lideri Stalin kimdən və nədən qorxub çəkinərək 9 May Qələbə günün qeyd etməkdən vaz keçdi?!. Baxmayaraq ki, Stalinin bu qərarı digər sovet bayramlarına şamil edilməyib və həmin bayramlar təmtəraqlı formada keçirilib.

Bu məsələlərlə bağlı “lenta”ya açıqlama verən İkinci Dünya Müharibəsi tarixçiləri Assosiasiyasının vitse-prezidenti Konstantin Zalesskiy bildirib ki, Stalin döyüşçülərdən qorxaraq 9 May Qələbə gününü ləğv edib.

“Çünki müharibədə iştirak edən döyüşçülər elə də yaşlı deyildi, gənc idilər və onlar Alman faşizmindən azad olunan Avropada yaşayanların necə yaşadığını görürdülər. Stalin bu döyüşçülər müharibədən sonra ölkədə yaranmış sosial-iqtisadi vəziyyətlə bağlı sovet hakimiyyəti qarşısında xoşagəlməz məsələləri qaldıra bilərdilər. Çünki Avropada döyüşən sovet əsgərləri onların necə yaşadıqlarını və həyat tərzini, necə evlərdə yaşadıqlaırnın şahidi olmuşdu və SSRİ ilə həmin ölkələrin vəziyyətini müqayisə etmək mümkün deyildi. Bu barədə sovet generalları, zabitləri, əsgərləri sonradan öz memuarlarında da yazırdılar. Amma sosializmin qələbə çaldığı ölkədə hakimiyyətə xalqa məxsus olsa da, realda insanlar Avropa ölkələrində olduğu kimi yaşamır. Qələbə gününün təxirə salınmasının bir səbəbi bu idisə, digər səbəbləri də vardı”- tarixçi qeyd edib.

Stalin müharibə veteranlarına orden, medalları gəzdirməkdən imtina etməyə çağıraraq deyib ki, qürur duymaq zamanı deyil. İndi müharibə nəticəsində dağılan ölkəni bərpa etmək zamanıdır. Ona görə ki, müharibədən sonra Rusiyanın Avropa hissəsi dağıdılmışdı, insanları aclıqdan səfalət içində yaşayırdırlar. İnsanlar ac olduğundan küçələrdə dilənirdilər. Bütün bu və digər səbəblər 9 May Qələbə gününün ləğv edilməsini şərtləndirən amillərdən idi”- K. Zalesskiy bildirib.

Baxmayaraq ki, SSRİ nüvə silahını əldə etmişdi və bunun üçün külli miqdarda vəsait xərcləmişdi, ancaq bu vəsait insanların yaxşı yaşam tərzinə heç bir aidiyyatı yox idi.

Ona görə də Stalin Qələbə günü ilə bağlı öyünməyi vacib hesab etmirdi. O qərara alıb ki, Qələbə ilə öyünmək üçün bir sıra ciddi məsələlər öz həllini tapmalıdır. Hazırda müharibə veteranlarına müəyyən həcmdə pul mükafatı və digət güzəştlər verilirdisə, o zaman bunu etmək üçün SSRİ-nin maliyyə imkanları məhdud idi. Ölkədə 500 mindən artıq əlil var idi və demək olar ki, dövlət onlara 160 və ya 180 rubl verirdi və bu da həddən artıq az idi, qəpik-quruş hesab edilirdi. Ölkdə pul olmadığından müharibə veteran və əlillərinə maliyyə dəstəyi verə bilmirdilər. O baxımdan da Stalin Qələbə günü ilə bağlı qürurlanmağa ehtiyac görmədiyindən bayram kimi qeyd edilməsini istəmirdi.

Stalin ancaq beynəlxalq səviyyədə 9 May-Qələbə gününün qeyd olunmasının tərəfdarı idi.

Onu da qeyd edək ki, o zaman SSRİ-nin hərbi qüvvələrində 11 milyon hərbçi qeydiyyatda var idi. Stalinin ölümündən sonra, Nikita Xruşov dövründə ordunun sayı 11 milyondan 5 milyona endirilir.

N. Xruşov dövründə ümumiyyətlə idaəretməyə fərqli baxışı olub. Xruşov hakimiyyəti dövründə hərbçiləri dövlət idarəetməsindən uzaqlaşdırmağa başlayır.

O hesab edir ki, hərbçilər ancaq və ancaq idarəetməyə maneçilik yaradır./ölkə.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər