Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“50 faizdən çox şagird tədrisdən kənarda qalıb” - Ekspertdən nazir müavininə cavab

Baxılıb: 5365     Tarix: 30-04-2020 15:02   
“50 faizdən çox şagird tədrisdən kənarda qalıb” - Ekspertdən nazir müavininə cavab

"Tədrisin vaxtında başa çatdırılacağını demək məsuliyyətdən qaçmaq kimi bir şeydir”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Təhsil eksperti Kamran Əsədov Təhsil nazirinin müavini Məhəbət Vəliyevanın açıqlamasını şərh edərkən deyib.

Kamran Əsədovun fikrincə, virtual dərslər ilə tədrisin başa çatdırılması təhsilin öhdəliyini yerinə yetirilməsi kimi başa düşülə bilməz:


"Bəli, bu zərurətdən baş verib. Amma texniki dəstək, digər tərəfdən isə əlçatanlılığın tam şəkildə təmin edilməməsi ilə bağlı çatışmazlıqlar var ki, bu da gələcəkdə təhsil alanlara çətinliklər yaradacaq. Məsələ tədrisin başa çatdırılması deyil, faydalılıq əmsalının artımıdır. Şagirdlər tərəfindən virtual dərslərdən istifadə 50 faiz təşkil etmir. Virtual məktəb layihəsindən qeydiyyatdan 1.6 milyon şagirdin 600 mini, 151 min müəllimin 50 mini keçib. Bu prosesə cəlb edilənlərin edilməyənlərdən nə qədər az olduğunu, aktiv iştirak edənlərin sayının isə real rəqəmlərdən dəfərlərə az olduğunu bildiyimiz halda, keyfiyyətini ölçə bildiyimiz şəraitdə tədrisin vaxtında başa çatdırılacağını demək məsuliyyətdən qaçmaq kimi bir şeydir”.

Kamran Əsədov təəssüflə bildirib ki, Təhsil Nazirliyi pandemiya dövründə uzun və ya qısa müddətli fəaliyyət planını, yol xəritəsini təqdim etmədi:

"Məktəb daxili qiymətləndirmə, yekun attestasiya kimi məsələlər hələ də açıq qalır. Bütün hallarda isə virtual dərslərin keyfiyyəti real dərslərlə müqayisə olduğu şəraitdə tədrisin vaxtında başa çatdırılması absurddur. Daha geniş fəaliyət planı təqdim etmək lazımdır. Çünki 50 faizdən çox şagird martın 3-dən etibarən tədrisdən kənarda qalıb, onlara lazımi bilik və bacarıqlar verilməyib, gələcəkdə isə keçirilən imtahanlarda həmən informasiyalar yoxlanılacaq. Ona görə də, mən tədrisin elektron xidmətlərin təşkili ilə başa vurulmasını məqbul hesab etmirəm. Ən azı cari ilin mövzularının növbəti siniflərdə tədris edilməsini özündə əks etdirən proqram Təhsil Nazirliyi tərəfindən təqdim edilməlidir. Şagird və tələbələrin oxuduqları pillədə lazımi səviyyədə bilik və bacarıqları formalaşmadan növbəti pilləyə keçid etməsi fotmaldır və təhsilin inkişafına mənfi təsir göstərəcək”.

Məhəbbət Vəliyeva orta məktəblərdə dərslərin nə vaxt açılması ilə bağlı suallara cavabında dərs ilinin uzadılmasına ehtiyac qalmadığını vurğulayıb: "Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər