Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Şair Fuad İslamoğlunun DOĞUM GÜNÜNƏ TƏBRİK SÖZÜ

Baxılıb: 3201     Tarix: 17-03-2020 12:44   
Şair Fuad İslamoğlunun DOĞUM GÜNÜNƏ TƏBRİK SÖZÜ

Hər fəslin öz gözəlliyi var, ancaq bahar təbiətin oyanışı ilə bərabər, insanın duyğularına da hökm edir, düşüncələrini təzələyir. Ola ki, yazda doğulasan və bu oyanış, yaşamın başlanğıc anı, gözəlliklər sənin varlığına, xarakterinə yansımaya, hopmaya...Yaradıcı insanların ruhuna bir başqa sığal çəkir, fəslin bahar adlı yenidən doğuluş məqamı. Bu gün dəyərli ziyalımız, şair-publisist Fuad İslamoğlunun doğum günüdür. Müsahibələrinin birində bütün fəsilləri sevdiyini, ancaq bahara bir ayrı vurğunu olduğunu bildirmiş və bu bağlılığını, sevgisini baharda doğulması ilə əlaqələndirmişdi Fuad İslamoğlu. Ən gözəl insani keyfiyyətləri özündə cəmləyən xarakter sahibidir bu günün səbəbkarı. Fuad müəllim dostcanlı, yurda, el-obaya bağlı, millətini sevən və əməli ilə hər addımda bu sevgisini sübut edən türk övladıdır. Məhz bu sadiqliyinə görə dostları, tanıyanları tərəfindən sevilir, sayğıyla qarşılanır. Bir sözlə, F.İslamoğlu nüfuzlu ziyalıdır. Gözəl ailə başçısı, mükəmməl ata, sevimli babadır. Cəmiyyətimiz üçün təhsilli, tərbiyəli, vətənsevər üç övlad yetişdirib ki, onlar da ayrı-ayrı sahələrdə çalışaraq dövlətə, xalqa xeyir verməkdədirlər. Fuad İslamoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb. Gənc yaşlarından şeirə marağı, sözə sevgisi onu poeziyaya gətirib. Ayrı-ayrı illərfə 4 kitabı çapdan çıxıb. "Təmizlik"(1997), "Yaşamalı dünyadı"(2007),"Bu səs sənin səsindirmi"(2009)," Qartal səmada tək uçur"(2016) adlı şeir kitablarının və bir çox publisistik yazıların müəllifidi.
Ömrünün növbəti baharına qədəm qoyması münasibətilə Fuad müəllimi təbrik edir, sağlıq, hüzur dolu ömür və uğurlar arzulayırıq.

Sumqayitfakt.Az müəllifin bir neçə şeirini təqdim edir:
Sevinc Qərib


İNSAN

Yaşamaq məhəbbət rəmzi deyilmi?
Məhəbbət vardısa, həyat da vardır.
Bədbinlik dünyanın məhvi deyilmi?
Şişib mətinləşmək böyük meyardır.

Dünyada bir canlı göstər ki, mənə,
Məhəbbətsiz olsun eşqin əsiri.
Mənə məlum deyil, nə də ki, sənə,
Hələ öyrənməyib heç kəs bu sirri.

Beləcə boşalıb, dolacaq dünya,
Biz də bircə ömür yaşayacağıq.
Məhəbbətdən yetim qalmasa dünya,
Onda biz büdrəyib aşmayacağıq.

Fuad, xam xəyalı gəl at başından,
Şüurla seçilir canlı, cansızdan.
Hələ körpə ikən uşaq yaşından,
Məhəbbət rəmzinə çevrilir insan

OXU, BÜLBÜL

Nə sızlarsan, nazlı bülbül, yanıqlı,
Yoxsa yenə xəzan gördün bağları?
Yaraşmayır sənə bu qəm, bu qüssə,
Elə oxu lərzə gətir dağları.

Oxu bülbül, oxu sən bərban kimi,
Elimin hər fəsli bahardır mənim.
Doğdu bəxt ulduzum, batan günəşim,
Taleyimin yolu axardır mənim.

Oxu, bülbül, cuşa gətir qəlbimi,
Tarixim uludur, uludur mənim.
Koroğlulu,İsrafilli, Həzili,
Elim qəhrəmanlar yurdudur mənim.

Oxu, bülbül, aşıqlar da coşsunlar,
Nəğməkar dilimdə ötənim mənim.
Nizami, Üzeyirli, Fikrətli,
Sözlüdür, sazlıdır Vətənim mənim.

HƏYATDA

Sən ömrümə naxış-naxış ilməsən,
Möhnət yükün gözlərimdə bilmə, sən.
Bu kədəri ürəyimdən silməsən,
Yaşamağa güman qalmaz həyatda.

Günəşimsən- işıqverdin gözümə,
İnamımsan-qüvvət verdin dizimə.
Bircə dəfəbaxmaq ilə üzümə,
Qəlbim doymaz, gözüm doymaz həyatda.

Məhsəti, Natəvan- xalqımın səi,
Göylərə yüksəldi qəmli naləsi.
Sən onların özü, xoş təranəsi,
Belə kökü olan solmaz həyatda.

YİYƏSİ YOX

Həyatın üçüncü sinif kupesində
yol gedirəm,
Yeri az, adamlar çox.
Kim deyər, mənzilə çatacaq bu qatar?
Çatmayacaq?
Deyə bilmərəm hə, ya yox!
Darıxa-darıxa
Sıxıla-sııla.
Mən dinməzcə yol gedirəm
tarak-tarak...
Bu yolun sonu nə ilə qurtaracaq?
Həyata nikbin baxa bilmirəm ancaq!
Nə görürəm? Oyuncaq!
Oyuncağın sahibi çox!
Hərə bir tərəfə fırladır bu oyuncağı.
baxıram ki,
son necə başa çatacaq...
Bu dünyanın təlxəyi çox,
axmağı çox.
Elə bu dünyanın özünün
yiyəsi yox!

BU SƏS SƏNİN SƏSİNDİRMİ

Bala Məcnun olan arı
Yığdın, yeyib diysindinmi?!
Özünü öldürən ocaq,
Yandın, özün isindinmi?!

Yolunu gəl azma, bala,
Azanlar çox çəkdi bəla.
Fani dünya kimə qala,
Yaxşınınmı, pisindirmi?!

Yaxşılıq et , itən deyil?!
Kolluqda gül bitən deyil.
Nankora el Vətən deyil,
Gözün tökən hissindirmi?

Sözə məhəl qoymayanlar,
Qan içməkdən doymayanlar,
Torpaq, qeyrət duymayanlar,
Bu dəhşətdən pəsindimi?!

İşgəncə versə namərdlər,
Əyilməzlər bil ki, mərdlər.
Ürəyimə düşüb dərdlər,
Soruşan yox bəsindirmi?!

Yoxsa elə qəbahətin,
Məğrur dayan, sən ol mətin!
Boynunu vur cinayətin,
Soruş bu son dərsindirmi?!

Xeyir-şər yarandı qoşa,
Sussa ürək çətin coşa.
Fuad, nəğmən gəldi xoşa,
Bu səs sənin səsindirmi?

BİR OLAQ

Soy kökümüz Dədəm Qorqud ozandı,
Hər oğulu ordu, alay pozandı.
Millətə xor baxan nifrət qazandı,
Birləşib bir olsaq dağ-daş dayanmaz.

Can deyib, eşitsək can bizlər əgər,
Düşmən cəllad olsa bil ki. diz çökər.
Kim öz millətinin qeyrətin çəkər,
Kəssələr kəsilməz, odda da yanmaz.

Məğrur dayan,düz bax gözüm içinə,
Görmədim qayğısız insan keçinə.
Bizlərə nə olur- kimin vecinə?
Yadlaşsa qardaşı qardaş da saymaz.

Hərə bir tərəfə çəksə bu xalqı,
Abidə, muzeyə olmasa qayğı,
Özləri özünə kəsilsə yağı
Manqurdlaşar,heç nə yaddaşa qalmaz.

Soysalar dərimi, çəksələr dara,
Yaxın ol millətə, dostları ara.
Vətən çiçəklənib yetişsə bara,
Təqsiri yoxdursa Fuad da solmaz.

Fuad İslamoğlu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər