Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – Video

Baxılıb: 4194     Tarix: 22-02-2020 12:04   
 Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – Video

23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb.

Sumqayitfakt.Az xəbər verir ki, videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib.

4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını bildirir.

29 saylı məntəqədə isə sədr səslərin sayılmasının şəffaflığını təmin etmir. Müşahidəçilər səslərin sayılmasına nəzarət etmək istəsələr də, məntəqə sədri onların hüquqlarını pozaraq buna imkan vermir.

12 saylı məntəqədə isə səslər sayılarkən bülletenlərin əvvəlcə 145 olsa da, komissiya üzvləri 205 bülletenin olduğunu iddia edir. Müşahidəçilər yenidən saymağı təklif etsələr də, komissiya üzvləri bundan yayınır.

21 saylı məntəqədə isə sədr kabinetinə girərək qapını bağlayır və protokolları vermək istəmir. Müşahidəçilərin etirazlarından sonra kabinetdən çıxan məntəqə sədri protokolları təqdim edəcəyini deyir. Eyni zamanda məlum olur ki, sədr səslərin sayını elan etməyib. Müşahidəçilər bunu onun diqqətinə çatdırdıqda isə "elan etmişəm, çıxdılar getdilər" deyir. Lakin müşahidəçilər onun yalan danışdığını, səslərin heç kəsə elan edilmədiyini bildirir.

Bundan sonra məntəqə sədri protokolları gətirmək adı ilə yenidən kabinetinə girir.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin favoriti "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə hesab edilsə də, Mərkəzi Seçki Komissiyası (MSK) Ziyad Səmədzadəni qalib elan edib. Ziyad Səmədzadə üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər