Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

"MSK-a və YAP ölkəmizin imicini heçə endirdi" - Aida Eyvazlı

Baxılıb: 3120     Tarix: 13-02-2020 17:39   
"MSK-a və YAP ölkəmizin imicini heçə endirdi"
"Biz dünyaya sivil, demokratik bir ölkədə yaşadığımızı, azad ölkə qurduğumuzu sübut etməkdəykən, MSK-a və YAP ölkəmizin imicini heçə endirdi."

Sumqayitfakt.Az manevr.az-a istinadən xəbər verir ki, bunu tanınmış jurnalist Aida Eyvazlı deyib. O fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı fikrini daha sonra belə davam etdirib:

"Mən seçkidən sonra qalib elan edilib, sonra nəticələri ləğv edilənıərə gülmürəm. Bu çox böyük faciədir. Biz dünyaya sivil, demokratik bir ölkədə yaşadığımızı, azad ölkə qurduğumuzu sübut etməkdəykən, MSK-a və YAP ölkəmizin imicini heçə endirdi. Bütün dünyada biabır olduq. Vətənə heyif, çəkdiyimiz əziyyətlərə, imic yaratmaq üçün xərclənən vəsaitlərə, aparılan islahatlara heyif. Əslində belə seçkini keçirib saxtalaşdıranlar Azərbaycanın, onun dövlət başçısı İlham Əliyevin düşmənidirlər!!! Öz qarınlarını, var-dövlətlərini artırmaq və qorumaq üçün gör bir nələr etdilər. Vallah adam xarici ölkələrdə gedib nəsə danışmağa utanacaq. Necə ki, Aprel döyüşlərinə qədər "Torpaqlarınızı nə zaman geri alacaqsınız?" sualından utanırdıq, indi isə "O bizimçün ölmüyüf, sağdır",tuman altından çıxan bülletenlərdən utanacağıq. Bunun barıtını bir az az edə bilməzdiniz. Hələ Azərbaycanın və post sovet ölkələrinin seçki tarixində bu qədər biabırçılıq olmamışdı. Ey şərəfini satanlar! Siz nə biləsiniz ki, Vətən nədir? Onu sevmək necə olur?! Vətən mandat deyil, alıb satasan" - deyə Aida Eyvazlı öz narazılığını ifadə edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər