Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Mətbuat Şurasının “qara siyahı”sı ləğv olundu

Baxılıb: 3398     Tarix: 24-01-2020 19:39   
Mətbuat Şurasının “qara siyahı”sı ləğv olundu

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib.

MŞ-dan verilən məlumata görə, iclasda MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub.

İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib.

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.

İclasda MŞ-nin “qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, “qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. “Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi.

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır.

Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər