Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Dünyanın 8 bölgəsində Azərbaycan Evi yaradılacaq

Baxılıb: 376     Tarix: 05-01-2020 17:50   
Dünyanın 8 bölgəsində Azərbaycan Evi yaradılacaq

Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün vacibdir. Xaricdəki həmyerlilərimiz üçün "Azərbaycan dili" dərsliyi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Daha bir neçə ölkədə "Qarabağ" məktəblərinin açılması nəzərdə tutulub.

Sumqayitfakt.Az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Respublika" qəzetinə müsahibəsində 2020-ci ildə rəhbərlik etdiyi qurumun məqsədləri haqqında danışarkən deyib.

Sədr qeyd edib ki, komitə müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha səkkiz məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırır:

"Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar bir araya gəlib müxtəlif səpkili tədbirlər keçirmək və söhbət etmək fürsəti əldə edəcək. ABŞ və Rusiya üçün çoxlu sayda mədəni layihə planlaşdırılır.

Layihələrin reallaşdırılmasına fevral ayında başlanacaq. Növbəti il həmvətənlərimizin səbirsizliklə gözlədiyi "Soydaşlar haqqında Qanun" layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara "sosial yardımın göstərilməsi qaydası"nın formalaşdırılması üzərində işlər aparılır".

F.Muradovun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyir:

"Yaxın vaxtda işlər yekunlaşacaq və böyük ehtimalla, fevraladək həmvətənlərimizin istifadəsinə verəcəyik. Böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub və gələn il açılışını etməyi planlaşdırırıq. Bu, bizim ən böyük fondlarımızdan biri olacaq.

Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur və yaxın gələcəkdə bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var və hazırda bunun da üzərində işləyirik.

Qısası, çox sayda planlarımız var və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.

Hədəfimiz yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımızın müstəqil və güclü Azərbaycan dövlətini öz yanında görməsini təmin etməkdir".trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər