Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Oxucu ürəyini sinəsinə sıxıb, saz kimi dilləndirməyi bacaran ŞAİR!- Rafiq Yusifoğlu - 70

Baxılıb: 2218     Tarix: 03-01-2020 14:11   
Oxucu ürəyini sinəsinə sıxıb, saz kimi dilləndirməyi bacaran ŞAİR!- Rafiq Yusifoğlu - 70
Bu gün - yanvarın 2-də gərək səhər tezdən şair dostumuz, professor Rafiq Yusifoğlunun evini dost mühasirəsinə alaydıq, ucadan onun məhəbbət balladalarını, yurd həsrətli şeirlərini söyləyəydik. Axı, bu gün onun yublileyidir - 70 yaşı tamam olur!

Rafiq Yusifoglu oxucu ürəyini sinəsinə sıxıb, saz kimi dilləndirməyi bacaran şairdir, Azərbaycan ədəbiyyatının, poeziyasının dərin bilicisi, istedadlı ədəbiyyat tədqiqatçısıdır. Nümunə səviyyəsində olan minlərlə şeirlərlə, elmi-publisitik məqalələrlə yanaşı gözəl poemalar müəllifidir, əsl ziyalı, alim-pedaqoq, sadiq dostdur. Biz Rafiq müəllimi uzun illər məhz bu cür tanımışıq, buna görə əziz tutmuşuq.
Hər zaman gözü-könlü tox olan Rafiq müəllimin bu dünyada tək bir ehtiyacı var ki, onu yalnız həmin ehtiyacını "doyurmaqla" sevindirmək olar - doğma yurd, Qubadlı "aclığını" doyurmaqla!
Allah Səni bu "aclığında", ehtiyacında çox saxlamasın, tezliklə doğma elinə-obana, bütün Qarabağa qovuşdursun, QARDAŞ!
Sən ədəbiyyatımız, Azərbaycan elmi, təhsili üçün nə lazımdırsa, etmisən, var ol! Qalır bizim Sənə Qubadlı, Qarabağ borcumuz... Allah bizi sənin kimi əziz dostumuzun, gözəl, istedadlı şairimizin yanında üzü qara etməsin, çıxa bilək bu böyük borcdan!
100 yaşa, QARDAŞ, (Qubadlının, Qarabağın əsirlikdə olduğu 25-30 ili çıxmaq şərtilə)!
Qismət olsun, Allahın möcüzəsi ilə Sənin gələnilki Ad gününü Qubadlıda keçirək! Amin! İnşallah!

Rəhman Orxan, əməkdar jurnalist
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər