Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda baş həkimin hegemonluğu - ŞİKAYƏT

Baxılıb: 1186     Tarix: 28-12-2019 13:48   
Sumqayıtda baş həkimin hegemonluğu - ŞİKAYƏT

Sumqayıt şəhər 2 saylı Doğum Evinin baş həkimi Xədicə Binnətzadə xəstəxanadakı qanunsuzluqları ilə hər kəsə “qan” uddurur.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözlər günpress.az-a daxil olan şikayət məktubunda qeyd olunub. Məktubda bildirilir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evinin baş həkimi Xədicə Binnətzadə səhiyyə müəssisəsinin kollektivi arasında ciddi narazılıqlar yaradıb. Bildirilir ki, baş həkim işçilərlə yola getmir, onları təhqir edir və sərt münasibət nümayiş etdirir. Vurğulanır ki, xüsusilə də doğum evində çalışan tibb bacıları və sanitarlar onun əlindən qan ağlayır. Şikayət məktubunda həmçinin qeyd olunur ki, baş həkim bununla da kifayətlənməyərək həkimlərin fəaliyyət göstərdiyi otaqları onların əlindən alır, kollektiv arasında ayrı seçkilik yaradır. Bununla yanaşı o, müxtəlif adlarla işçilərdən pul yığır.

Bu azmış kimi, baş həkim doğum evində işləyən 68 yaşlı anasının xəstələrə qarşı etdiyi davranış və düzgün aparılmayan müalicələrə göz yumur. Maraqlısı odur ki, əksər səhiyyə müəssisələrində 65 yaşına çatan həkimlər yaş senzinə görə təqaüdə göndərilsə də, xüsusi xidmətləri olmayan Emilya Hüseynova hələ də doğum evində həkim olaraq çalışır. İşçilər tərəfindən baş həkimə etdiyi qanunsuz hərəkətlərlə bağlı etiraz edilsə də, o bu şikayətləri qulaqardına vurur. “Gedin kimə şikayət edirsinizsə edin, mənim arxamda şəhər rəhbərliyi durub” deyə reaksiya verir. Bir sözlə, X. Binnətzadə kollektivdə qeyri-sağlam mühit yaradır.
O da bildirilir ki, yaranan vəziyyətlə bağlı aidiyyatı qurumlar dəfələrlə doğum evinə gələrək X. Binnətzadəyə ciddi xəbərdarlıq ediblər.

Xatırladaq ki, X. Binnətzadə 2017-ci ilin mart ayından doğum evinin baş həkimidir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər