Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu

Kəmaləddin Heydərov polkovniki "cinçıxarma ritualı"na görə işdən qovdu - VİDEO

Baxılıb: 4528     Tarix: 27-12-2019 16:53   
Kəmaləddin Heydərov polkovniki "cinçıxarma ritualı"na görə işdən qovdu - VİDEO

Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb.

Sumqayitfakt.Az bakupost-a istinadən xəbər verir ki, bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub. Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.

Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.

"BakuPost” Elman Əliyevin təqdim etdiyi videolarda görünən şəxslərin kimliyi barədə araşdırma apardıqda maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, həmin bu magik rituallarda təkcə Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak etməyib.

Fazil Məmmədovun ekstrasenslərdən ibarət qrupunun Atəşgah məbədində həyata keçirdiyi "əməliyyatda” Fövqəladə Hallar Nazirliyinin polkovniki də iştirak edib. Təqdim edilən şəkillərdə işarələnən bu şəxs FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Bağırov Samir İsa oğludur.

Polkovnikin bu tədbirlərdə tez-tez iştirak etdiyi bildirilir.

Məlumata görə, bu videolar yayıldıqdan sonra Fövqəladə Hallar naziri Kamaləddin Heydərov məsələni nəzarətə götürüb və polkovniki cəzalandırıb. Belə ki, həmin şəxs vəzifədən azad edilərək, təqaüdə göndərilib.

FHN polkovnikinin yer aldığı həmin "cinçıxarma əməliyyatı” videosunu təqdim edirik:



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər