Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

"Ədalət axtaranlar, Ədalətə səs verin!"

Baxılıb: 2554     Tarix: 21-12-2019 09:53   
"Ədalət axtaranlar, Ədalətə səs verin!"
23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkilərində müstəqil namizəd Ədalət İzzət oğlu Qafarov özünü seçicilərinə təqdim edir:

"Mən, Qafarov Ədalət İzzət oğlu 16 aprel 1966-cı ildə Cəbrayıl rayon Hovuslu kəndində anadan olmuşam. 1973-83-cü il tarixdə doğulduğum kənd orta məktəbində təhsil almışam. Sonra Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 1984-cü il tarixdə Hərbi xidmətə çağrılmışam. 10 may 1986-cı il tarixdə Hərbi xidməti bitirərək Sumqayıt şəhərində Z.Hacyrev adına 1 nömrəli Tresin 12 saylı Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışam. Fəhlə işləyə-işləyə sentyabr 1992-ci tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin I kursuna daxil olmuş və 1997-ci il tarixdə isə həmin Universiteti bitirmişəm. 02 sentyabr 1994-cü il tarixdə Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlamışam. 1998-ci ildə isə Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışmışam. 01 dekabr 2000-ci il tarixdə həmin vəzifədən öz xahişim ilə azad olunmuşam. 10 dekabr 2000-ci il tarixdən 14 noyabr 2007-ci il tarixədək Sumqayıt şəhərində Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərmişəm.
14 noyabr 2007-ci il tarixdən “İZZƏT” MMC-nin Təsisçisiyəm. “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktor vəzifəsində çalışıram. Ailəliyəm. 3 övlad atasıyam.
1995-ci ildə Milli Məclis və 1994-cü ildə Bələdiyyə seçkilərində qeydiyyatdan keçərək namizəd olmuşdur.
“Qızıl Qələm” Media Mükafatı Laureatıyam.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının müəllifiyəm.
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Birliyinin rəhbəriiyəm.
“Mənim Vətənim”, “Dünya yalan dünyadı”, “Zirvəyə doğru”, Sevənlərin Dünyası” Poeziya Antologiyasında və Dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar “Göyərçin əllər” Poetik Topluda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı “CAHANA SIĞMAZAM” Almanaxında, “Yurd” Jurnalında, “Ədalət yolu”, “Sabaha İnamla” qəzetində bir çox şeirləri, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market” “Gündəm xəbər”, “Sabaha inamla”, Haqqın sədası" qəzetlərində məqalələrim çapdan çıxmışdır.
Bir çox internet portallarda; “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “Qərib.az”, “Manevr.az”, “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az” saytlarında onlarla şeirləri və kiçik məqalələrim işıq üzü görmüşdür.
“XX-XXI Əsrin Yaradıcı İnsanları və Ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüyəm.
Övladlarımı da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlimdən gələni əsirgəmirəm. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə-özümdən böyüklərə və öz yaşıdlarıma hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanmışam.
Müntəzəm olaraq öz vətənpərvər şeirlərim ilə bir çox dövlət tədbirlərində çıxış etmişəm.
Sumqayıtlıların dəstəyi ilə seçilərəmsə Vicdanla həmişəki kimi xidmətinizdə olacağam. Allah Sizləri qorusun. Var olun həmişə.
Ədalətə səs verin ki, hüquqlqrınız pozulmasın.

Ədalət İzzət oğlu Qafarov,
Sumqayıt Bələdiyyə Üzvlüyünə Namizəd
“İZZƏT” MMC-nin təsisçisi və direktoru,
“Ədalət İşığında” Ədəbi Birliyinin sədri,
"Qızıl Qələm" Media Mükafatı Laureatı,
ASKEF-in Azərbaycan təmsilçisi,
hüquqşunas, şair


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər