Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Fuad İslamoğlu: "Üzümə kim güldü ona dost dedim, sevinci paylaşdım, qəmi tək yedim..." -ŞEİRLƏR

Baxılıb: 1233     Tarix: 08-12-2019 11:08   
Fuad İslamoğlu: "Üzümə kim güldü ona dost dedim, sevinci paylaşdım, qəmi tək yedim..."
Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist Fuad İslamoğlu uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb. Gənc yaşlarından şeirə marağı, sözə sevgisi onu poeziyaya gətirib. Ayrı-ayrı illərdə 4 kitabı çapdan çıxıb."Təmizlik"(1997), "Yaşamalı dünyadı"(2007), "Bu səs sənin səsindirmi"(2009),"Qartal səmada tək uçur"(2016) adlı şeir kitablarının və bir çox publisistik yazıların müəllifidi.

Sumqayitfakt.Az Fuad İslamoğlunun şeirlərini təqdim edir:

UÇA BİLMƏRƏM

İstəyirsən lap şaqqala
Kəsib-doğra ver çaqqala,
Atıb yandır, çat tonqala,
Mən səndən keçə bilmərəm.

İnan ki, çox yorulmuşam,
Əldən düşmüş qızıl quşam,
İstəyirəm tez qovuşam,
Mən səndən keçə bilmərəm.

Baxma dişim çəkilibdir,
Binəm daşdan tökülübdür,
Gözlər sənə dikilibdir,
Mən səndən keçə bilmərəm.

Baxma yolum daralıbdır,
Hələ köçə çox qalıbdır,
Bir ceyrana bəxt qalıbdır,
Mən səndən keçə bilmərəm.

Tanrım yazıb xəzan bəxti,
Yaradıbdır mən bədbəxti,
Göy çəməndə gəzən vaxtı,
Gəl öpüm, keçə bilmirəm.

Aramızda razılıq var,
Birləşibdir bizim yollar,
Elimizin adəti var,
Götürüb qaça bilmirəm.

Allah canımı almamış,
İncə belini qucmamış,
Hələ hava qaralmamış,
Göylərə uça bilmərəm.

TOXUNMA ŞAİR QƏLBİNƏ

Toxunma şair qəlbinə,
Partlasa çox qəlpəsi var,
Çalış ki, incitməyəsən,
Qarlı qışı, çalposu vaar.

Çox incədir şair qəlbi,
Qəbul edə bilmir həbi,
Əgər ki, gəldisə təbi,
Boşalması, dolması var.

Sözləridir elə dərman,
Sinirləri oyaq hər an,
Həyat onu yoran zaman,
Bir də gördün coşması var.

Qoşa köklənir simləri,
Hərdən hürküdür cinləri
Gördü meymun kimiləri,
Kafasının daşması var.

Qəlbi kövrək, özü bəlli,
Həm sehirli, həm də sirli,
Yalan deməz heç vaxt dili,
Ancaq sözlə sancması var.

Şair gücü el gücüdür,
Dediyi söz ülgücüdür,
Yer olur hürküdücüdür,
Sərhədləri aşması var.

Sözlə sözü ram eyləmə,
Ürəyini şam eyləmə,
Fuad, çox da qəm eyləmə,
Hər sözün yüz açması var.

QARTAL SƏMADA TƏK UÇUR

Qartal səmada tək uçur,
İstiqaməti düz seçir,
Ən çətin yerlərdən keçir,
Başqa quşlara bənzəmir.

O, uçur iti sürətlə,
Manevr edir cürətlə,
Eniş edir məharətlə,
Başqa quşlara bənzəmir.

Ən uca zirvəyə qonur,
O yerlərdə sual donur,
Dimdiyi buzu da yonur,
Başqa quşlara bənzəmir.

Suyun saf yerindən içir,
Yemin yaxşısını içir,
Ömrü çox maraqlı keçir,
Başqa quşlara bənzəmir.

Qartal yüz ölçüb, bir biçir,
Özü üçün yar da seçir,
Bala üçün candan keçir,
Başqa quşlara bənzəmir.

Heç nə yayınmır gözündən,
Zəhmi bəllidir üzündən,
Elə ki, çıxır özündən...
Başqa quşlara bənzəmir.

O, hər zaman məğrur durur,
Çünki onda vardır qürur,
Həyatını düzgün qürur,
Başqa quşlara bənzəmir.

Az olur qartalın sayı,
Qısa olur ömür payı,
Əsas odur ki, yox tayı,
Başqa quşlara bənzəmir.

NƏYƏ GƏRƏKDİR

Bəziləri güzgüyə çox baxırlar,
Ağıl yoxsa sima nəyə gərəkdir.
Bəziləri başıaçıq qorxurlar,
Baş boşdursa, papaq nəyə gərəkdir.

İt həmişə qorxutmağa ulayar,
Qorxusundan quyruğunu bulayar,
Kim yemləyir ancaq onu yalayar,
Boş yerə hürənlər nəyə gərəkdir.

Kim yaltaqdır, o, düz söz də danışmaz,
Düz yol tutan onlar ilə barışmaz.
Odun yaşsa kibrit ilə alışmaz,
Ürək duymayırsa, nəyə gərəkdir.

Qumu hər gün sulasan da göyərməz,
Boş boşqabı heç aşpaz da bəyənməz,
Sərvəti olmayan özün öyənməz,
Barsız səhra, söylə, nəyə gərəkdir.

Bal yeməklə ağız şirin olmayar,
Quyu boşsa,su tökməklə doymayar,
Qisas almaq qiyamətə qalmayar,
Danabaşlar axı nəyə gərəkdir.

Biz dözürük, yalan bizi haqlayır,
Süni nəfəs qısa müddət saxlayır,
Yük daşıyan ağırlığa baxmayır,
Minilməyən eşşək nəyə gərəkdir.

Dağı aşdıq, indi rəvan yoldayıq,
Günümüz xoş, güzaranlı haldayıq,
Yaylaqdayıq, çəmənzarlı dağdayıq,
Qurd yallamaq bizə nəyə gərəkdir.

HAMIYA GƏRƏK

Qönçə açılmasa ətri duyulmaz.
Yağış, gün olmasa çətir sayılmaz,
Nadanlar insan yerinə qoyulmaz,
Duyulmaq, sayılmaq,hamıya gərək.

Quşlara uçmağa qanad əsasdır,
Eldə sayılmağa sənət də bəsdir,
İşə vərdiş üçün adət həvəsdir,
Sənət də, adət də hamıya gərək.

Uzaq getmək olmaz, ayaq yormasan,
Hətta dağ ucalmaz, dayaq durmasan,
Bağlar bar gətirməz, əgər baxmasan,
Ayaq, dayaq, bar da hamıya gərək.

Adamlıq vahidi insan olmaqdır,
Yaşayıb, yaradıb ad-sanalmaqdır,
Dünyadan köçəndə yadda qalmaqdır,
Bütün saydıqlarım hamıya gərək.

DÜZƏLMƏZSƏN, GECDİ DAHA...

Həm kar, həm də kor olmusan?
Nə eşidib, nə görmüsən,
Nə qədər səhvlər etmisən,
Düzəlməzsən, gecdi daha...

Tünd qaraya ağ demisən,
Təpəyə sən dağ demisən,
İnandıqca sən ağ etmisən,
Düzəlməzsən, gecdi daha...

Mayana haram qatmısan,
İmanı pula satmısan,
Özünü çox alçaltmısan,
Düzəlməzsən, gecdi daha...

İnsanı zaman düzəldər,
Səni çətin ki, düzəldər,
Qozbeli qəbir düzəldər,
Düzəlməzsən, gecdi daha...

ÇIX GÖRÜM,GAVUR

Filin ayağını tapdalamısan,
Yatmış pələngi də sən oyatmısan,
Ay bədbəxt,özünə quyu qazmısan,
İndi gəl quyudan çıx görüm, gavur.

Çıxanda fil səni tapdalayacaq,
Ya da pələng tutub parçalayacaq,
Sanma bərkdə kimsə dayaq duracaq,
Sənin sonluğunu görmürəm, gavur.

Tezliklə sənin də sonun gələcək,
Çoxları arxanca baxıb güləcək,
Təlxək kimi ələ salıb deyəcək-
İndi hünərin var döz görüm, gavur.

İntiqam hissləri sizcə sönər ki?
Türklər düşməninə aman verər ki?
İlan ulduz görməsə heç ölər ki?
Ulduzlar gur saçır, çıx görüm, gavur!

KÖÇƏ BİLMƏRƏM

Qəlbimin qapısı elə bağlanıb,
Heç kəsin üzünə aça bilmirəm.
Hərdən pəncərəsin açmaq istərəm,
İnan ki, onu da aça bilmirəm.

Buraxmadı “dost” dediyim yaxına,
Sel gəldi, məni də saldı axına,
İnanmazdım, bunlar girsə yuxuma,
Bu sirrin üstünü aça bilmirəm.

Çox rast gəldim insanın nankoruna,
Gərək insan beləsindən qoruna,
Bir gün mən də düşdüm namərd toruna,
Əlləşirəm, ancaq çıxa bilmirəm.

Gördüm ki, dağı da çən-duman alıb,
Çoxları bu işdən tam yararlanıb,
Duyğular yadıma çox şeyi salıb,
Ömrüm, günüm gedir puça bilmirəm.

Üzümə kim güldü ona dost dedim,
Sevinci paylaşdım, qəmi tək yedim,
Hansı üzlə bu dünyadan köç edim?
Mən dostu düşməndən seçə bilmirəm.

Böyüyün üzünə olmamışam ağ,
Heç vaxt deməmişəm mən təpəyə dağ,
Haqsızlıq görəndə can qalarmı sağ?
Neyləyim, qardaşım, dözə bilmirəm.

Çox istədim taleyimlə barışım,
Buna razı olmadı məğrur başım,
İstəsəm də həyatla vidalaşım,
Qisası almadan köçə bilmirəm.

ÇATACAĞAM MƏN

Yenə havalandı könlümün quşu,
Arxasıyca qaçdım, çata bilmədim.
Üzü bərkimişdi sərt qaya kimi,
Mən dönmək istədim, ata bilmədim.

Sən özünü gözlə, gözə gələrsən,
Odla gəl az oyna, közə gələrsən,
Yəqin kövrələndə sözə gələrsən,
Məndən çox uzaqsan, tuta bilmədim.

Səni görən gündən qəlbimə köçdün,
Günü-gündən dərinliyə yol açdın.
Bəs niyə sonunda uzağa uçdun,
Hicran çox uzandı, çata bilmədim.

Gecə-gündüz könlüm yanıb- alışdı,
Sinəndəki ürək yox, yəqin daşdı,
Gecələr də yuxularım qarışdı,
Yuxum ərşə çıxdı, yata bilmədim.

Bu hicran nə qədər çox uzansa da,
Könlüm ömrüm qədər havalansa da,
Hamı bu işləri sadə sansa da,
Ən çətin arzuma çatacağam mən.

MÜMKÜN DEYİL

Tanrı çox bəxşişlər verib,
Bunu danmaq mümkün deyil.
Haqq-ədaləti gizləyib,
Danışmamaq düzgün deyil.

Namərdləri ucaltmayıb,
Heç bir mərdi alçaltmayıb,
Yaxşını pisə qatmayıb,
Sən də qatma, mümkün deyil.

Bəzisini kar yaradıb,
Eləsi var kor yaradıb,
Görk üçün belə yaradıb,
Anlamamaq mümkün deyil.

Xalqı da aldatmaq olar?
Bəs Vətəni satmaq olar?
Bəndəni aldatmaq olar,
Allahı yox, mümkün deyil.

Fuad İslamoğlu
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər