Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Ötən həftə Sumqayıt...

Baxılıb: 393     Tarix: 26-11-2019 12:26   
Ötən həftə Sumqayıt...
Əkbər QOŞALI

Üzün həmişə ağ olsun!
Xalq şairi Nəbi Xəzri illər öncə, gənclər şəhəri Sumqayıtı vəsf etdiyi poemada belə yazırdı:

“Sumqayıt cavandır, cavandan cavan,
Taleyi, arzusu nura boyanmış;
Sumqayıt oxuyur göylәrә meydan
Ayağı torpaqda möhkәm dayanmış.”


Sumqayıt ötən həftə, (bir şəhər üçün cavan sayılan) 70 yaşını qeyd etdi. Şəhər miqyasında, dövlət səviyyəsində qeyd edilən yubiley, prezidentin təltifləri və şəhərə səfəri ilə başqa bir gözəllik, özəllik qazandı. Həftəsonu Sumqayıtdaydım; şəhərin yubiley havasını həm xarici görünüş etibarı ilə, həm şəhər aydınları ilə söhbət imkanı daxilində görmək fürsətim oldu. (Sumqayıtın məhz “Gənclər şəhəri” fəxri ünvanı daşıması, həm də, yubiley münasibətli təltifdə yaradıcı insanların olması, məni bir qədər gecikmə ilə də olsa, Sumqayıtla bağlı müəyyən fikirlərimi bölüşməyə sövq etdi.)
Sizdən nə gizlədim, Sovet dönəmində “kimya şəhəri” kimi ün qazanmış, bu səbəblə ekoloji durumu bərbad olan Sumqayıtdan çağdaş Sumqayıtın, necə deyərlər, sıyrılıb çıxması maraqlı hadisədir. Sumqayıt aydınlarından eşitdiyim başqa bir xəbər də, bu planda fikirlərimi bir qədər də möhkəmləndirdi; sən demə, Sumqayıt dəniz qırağındakı yeganə şəhərimizmiş ki, kanalizasiyası xüsusi avadanlıqlarla təczhiz edilmiş sahədə təmizləndikdən sonra dənizə axıdılır. Çox gözəl! Bəlkə həm də bu fakta bağlı olaraq, Sumqayıt bulvarı böyüyür, gözəlləşir. O yerlər ki bir neçə il öncə bugününü təsəvvür etmək çətindi… indi göz oxşayır.
Sumqayıt böyük şəhərin – paytaxtın yaxınlığındakı şəhərdir; belə yaxınlıq özünəməxsus haldır. – Şəhər deyirsən – şəhərdi; dəniz qırağı deyirsən – varıdı; ölkənin döyünən ürəyi olan paytaxta (dediyimiz kimi) yaxın olan böyük şəhərimizdir – özü də kübarlığını mümkün miqyas qorumuş şəhərdir. Bu özünəməxsusluq Sumqayıtın daha yaşıl şəhər olması, əhali sıxlığının paytaxta baxanda, daha münasib (mütənasib) olması, metrosu olmasa da, metrosuzluğu hiss etdirməyəcək qədər intensiv nəqliyyatın mövcudluğu, hər məhəllədə (kvartalda) xalqa məxsus “məraism evi”nin fəaliyyət göstrəməsi, mədəniyyət obyektlərinin möhtəşəmliyi, ayrıca qeyd edim, “Poeziya Evi”nin varlığı, özəlliklə, qaynar ədəbi mühitə sahib olması… kimi məziyyətlərlə, süsləmələrlə də fərqləndirilə bilər.
Üstəlik, Sumqayıt qaçqın, məcburi köçkün el-obalarımızın da ağırlığını dərindən çəkməkdədir – necə deyərlər, ev evə sığmasa da, el elə sığıb…
Gün olsun, Qubadlımızda Sumqayıt küçəsinin, Sumqayıt meydanının açılışına yığışaq!

***
Bəli, şəhərin yubileyi tədbiri dövlət səviyyəsində diqqət gördü. Cənab Prezident Sumqayıtda oldu, müxtəlif açılışlarda iştirak etdi, yubiley tədbirində geniş nitq söylədi.
Dövlət başçısı öz nitqində, həm sırf şəhərlə bağlı, həm də ümumən respublikamızla bağlı tarixi məqamlara toxunmaqla yanaşı, bugünümüzün dəyərləndirməsini apardı, gələcəyə yönəlik baxışını açıqladı. Gənclər şəhərini böyük sənaye potensialına malik, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl, çağdaş şəhər olaraq xarakterizə edən prezident, Sumqayıtın qədim tarixinə vurğu yapdı, şəhər kimi isə 70 il bundan öncə formalaşdığını xatırlatdı. Dövlət başçısı haqlı olaraq, qeyd etdi ki, “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır…”
Qeyd etdiyimiz kimi, cənab prezident Sumqayıtın yubileyində yalnız Sumqayıtdan danışmadı; bu ən azı o baxımdan təsadüfi deyildi ki, bu şəhərimiz respublikamızın balaca formasıdır sanki, sanki Sumqayıt “balaca Azərbaycandır”. – Bu həm əhalinin tərkibi baxımından belədir, həm də şəhərin, şəhər sakinlərinin ötən yüzilliyin 90-cı illərində yaşadıqları baxımından…
“Sumqayıt hadisələri” ümumi adı altında Ermənistanın, erməniyanlıların ilmüdam, özəlliklə hər ilin fevralında bütün dünyada haray-həşir qopardıqlarını bilirik; əslində, keçmiş SSRİ və Ermənistan kəşfiyyat orqanlarının oyunları, hoqqaları ilə törədilmiş, “oyun içində oyun” hadisələri Sumqayıtımızın, ümumən Azərbaycanımızın gerçək – acılar dolu (ən yeni dönəm) tarixinin bir parçasına dönüşüb… - Bugün də, gələcəkdə də öyrəniləsi, öyərdiləsi, nəticə çıxarılası ibrətli hadisələr!..
Bax, bu analmda, Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının çıxışında Ermənistanın təcavüzkarlıq siyasətinə xüsusi yer ayrılması, heç şübhəsiz, həqiqətlərimizin bir daha, bir daha diqqətə çatdırılması, duyurulması, yaddaşların təzələnməsi baxımından xüsusi önəm ərz etməkdədir. – Gənclər şəhərinin (özəlliklə) gəncləri öz dogma şəhərlərini dünəni, bu günü və sabaha arzuları ilə tanımalıdır. Necə deyərlər, tanıyınca, özləri sevəcək, zatən… Sülh şəhərini, gənclər şəhərini, möhtəşəm poeziya evil kübar şəhəri, eli elə sığdıran şəhəri necə sevməmək olar?..
Bu yerdə vurğulamaq istərdim ki, vaxtı ilə mən Dünya Gənc Türk Yazarlar Birliyinə başqanlıq edərkən, uluslararası layihələrimizin bir gününü, ən azı bir tədbirini Sumqayıta salardıq. – Türk dünyası gəncləri gənclər şəhəri ilə tanış olurdu, ağ mərmərli, ağüzlü “Poeziya Evi”ndə, ümumtürk məhəbbəti doğuran “Turan” ailəvi istirahət mərkəzində, elə sığınmış elin – Qubadlının Mədəniyyət Evində tədbirlər keçirirdik; dünyanın ən böyük gölü – Xəzər Dənizinin ləpədöyəninə enirdik və s... - Şeir kimi yəni… - Əslində, keçmiş zamanda yazmayım gərək, ümidvaram, bu gələcəkdə də, belə davam edəcək. Və belə tədbirlər Sumqayıt adı üzərindəki yanlış erməni təbliğatına qarşı müəyyən təmizləndirmə, arındırma addımı da sayıla bilər(di)…
Üzün həmişə ağ olsun, Sumqayıt!

Güclü olmağa məhkumuq!..

“…Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi.
…Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.” – Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinin yubiley tədbirindəki nitqindəndir.
Prezident Azərbaycanda təbəddülat, gərginlik, təxribat yaradanlar, belə “yaradıcılıq” dönəmində hakimiyyətdə olanlar yaxud hakimiyyətə can atanlar barədə danışarkən, respublikamızın yaşadığı zorluqların “niyə”, “necə”, “nə üçün” sualları da, bir baxıma öz cavabını bulmuş olurdu… Dərhal da təəssüf qarışıq sual yaranır: “İlahi, bu gərginliklər, təbəddülatlar olmasaymış indi Sumqayıtımız, Bakımız, ümumən respublikamız, xalqımız hansı yüksək inkişaf mərhələsində olarmış?!.”

Bəli, prezidentin Sumaqyıtdakı nitqi şəxsən məndə belə bir fikir hasil etdi:
Bundan sonra şans buraxmaq, vaxt itirmək, boşboğazlığa meydan vermək, qanadsız xəyalların, ruhsuz ideyaların peşində olmazkən, şəhərimizi, paytaxtımızı, ölkəmizi, xalqımızı inkişaf etdirəcəyik!
Necə deyərlər, güclü olmağa məhkumuq! – Fərd olaraq, ailə olaraq, şəhər olaraq, toplum olaraq, el, xalq, ölkə olaraq! – Bu gücə yiyələnincə, dövlətin taleyi təsadüflərin deyil, ağlın, dərrakənin, üfüqügenişliyin fonunda məcra qazanacaq, şəkilənəcək, təvafüqlük içində olacaq…
Dövlətimiz var olsun,
Bayrağımız göy üzündən əskilməsin!

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər