Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Heyif Səndən, İlyas müəllim...- Həmid Ormanlının dost göynərtisi

Baxılıb: 3228     Tarix: 22-11-2019 19:50   
Heyif Səndən, İlyas müəllim...- Həmid Ormanlının dost göynərtisiHəmid Ormanlı


Bu dünyanın yaxşı adamlarından biri də getdi...

Heyif Səndən, İlyas müəllim. Elin-obanın ruhu hopmuş şirəli sözündən-söhbətindən, zövqlü şerlər deməyindən, aşıq İlhamın uşaqlıq şuxluqluqlarını yalvara-yalvara danışmağından, Hacı Məhəmmədə bir ayrı ehtiramla yanaşmandan heç doymadıq. Bizim İbrahimin ərkli yeriydin, ürəkli yeriydin, məsləhət yeriydin. Hamıya bir ağır oldu, İbrahimə min ağır. Söhbətiyin əvvəlində də, sonunda da ehtiramla baş endirib adını uca tutduğu bir ünvan vardı, ata ünvanı, müəllim ünvanı, halallıq ünvanı- Musa müəllim. Yazıq oldu, Musa müəllimə. Bir valideyn üçün bundan ağır dərd olarmı? Dostlar arasında yerin görünəcək, yerin göynəyəcək.

Həmişə sazını dəmə kökləyən sonbeşik qardaşın aşıq İlhamın qara sazının tellərinə qəm qonacaq. Axı Sən İlhama qıymazdın. Axı Sən İlhamdan doymazdın. Heç yadımdan çıxmaz, yenə bir dəfə danışırdın ki, İlhamın uşaq vaxtı orasından-burasından o qədər öpmüşəm ki, indi heç düz əməlli İlhamın üzünü də görmürəm ki, istəyəndə üzündən öpüm. Yerin behişt olsun, İlyas müəllim. Ancaq oğlun Ramin qədər İbrahimi də yetim qoydun. Sən reanimasiyada son nəfəsində canınnan əlləşəndə İbrahimin hıçqırtısı az qala daşa da çatırdı... Sənə çatmadımı? Heyif Səndən, İlyas müəllim, heyif Səndən. Nur içində yat, İlyas müəllim. O dünyan gözəl olsun!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər