Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Kitab məbədindən pərvazlanan gənc istedad

Baxılıb: 3322     Tarix: 22-11-2019 09:55   
Kitab məbədindən pərvazlanan gənc istedad
İstedad insanla bərabər doğulur və zamanla böyüyür, boy göstərməyə başlayır.Təbii ki, proses olaraq kimdəsə uşaq yaşlarından, kimdəsə bir az gec.İşartılar özünü biruzə verməyə başlayanda isə istedad hüceyrəlrinin inkişaf mərhələsinə çatdığı məlum olur. İstedad, bacarıq və zəhmətin vəhdətindən ortaya çıxan nəticə isə artıq şəxsin- istedad sahibinin aid olduğu arenaya təqdim olunması ilə bitkinləşir. İstedad Tanrının seçilmiş bəndələrinə ətasıdı deyirlər. Doğru istiqamət, düzgün seçim Tanrının hədiyyəsindən lazımınca yararlanmaq imkanlarına açılan qapıdır. Mənə görə ədəbiyyat mədəniyyət, incəsənət və bütün digər sahələri önləyən bir məhəbbət ocağı, müqəddəslik vətənidir. SÖZ adlı uca məqamın evi, yurdu, yuvasıdı ədəbiyyat...

Hər kəsə verilməyən istedad, qabiliyyət ünvan tapdığı sahiblərinə də eyni dərəcədə, eyni yöndə paylanmır. Haqqında söz açacağım istedad sahibi uşaq yaşlarından ədəbiyyata meyilli olan, bu müqəddəs ocağa yön tutan gənc bir qızdır. Poeziyaya rəğbəti, sevgisi sonsuzdu qəhramanımın. Mehrəngiz Qurbanova Sumqayıt “Təfəkkür” liseyinin şagirdidir. Dərs əlaçısı olmaqla bərabər, yüksək bacarığı ilə də hər kəsin sevgisini qazanıb. Səlis nitqi, rəvan danışığı və intonasiyası onun əsl qiraətçi kimi yetişməsinə rəvac verən başlıca amillərdi. Ancaq bunlar dinləyici üçün yetərli deyil. Mehrəngizin əsas istedadı onun poeziyanı anlamasında, şeiri yaşayaraq, hiss edərək çatdırmasındadı. M.Qurbanova hələ kiçik yaşlarından Sumqayıt şəhər M.Ə. Rəsulzadə adına kitabxananın oxucusudur.Kitab məbədindən pərvazlanan gənc istedad müxtəlif ədəbiyyat müsabiqələrində iştirak edərək uğur qazanıb. Mütəmadi nailiyyətləri ilə şəhərimizin, təhsil aldığı liseyin və oxucusu olduğu kitabxananın adını ucaldan Mehrəngiz 2018-2019-cu il Respublika üzrə ''Ədəbiyyat biliciləri'' müsabiqəsinin qalibləri sırasında yer alıb. Yorulmaq bilməyən gənc bundan əlavə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə həyata keçirilən layihələr çərçivəsində təşkil olunmuş “Nəsimi 650'' adlı qəzəl müsabiqəsində də iştirak edərək, qalib olub. Bu qələbə onun Respublika turunda iştirakını reallaşdırdı. Növbəti uğurun astanasında olan qəhrəmanım, əminəm ki, bu müsabiqənin də qalibləri arasında olacaqsan. Uğurların bol olsun, Mehrəngiz Qurbanova!

Sevinc Qərib
Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər