Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi

Baxılıb: 4156     Tarix: 21-11-2019 20:36   
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi

Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin.

Sumqayitfakt.Az virtualaz.org-a istinadən bildirir ki, bu sözləri Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

"Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib", - A.Mütəllibov bildirib.

Eks-prezident Paşinyana ölkəsinin problemlərini həll etməyi, xalqların barışması üçün zəmin hazırlamağı və populizmlə məşğul olmamağı tövsiyə edib: "Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə, yuxudan oyananda da mənim adımı sayaqlasın, amma həqiqəti söyləsin. Bir daha təkrar edirəm: Xocalı faciəsi birbaşa Ermənistanın Azərbaycana təcavüzünün nəticəsidir".

Xatırladaq ki, bir gün əvvəl azərbaycanlı videobloqer Ata Abdullayev Ermənistanın baş naziri Nikol Paşinyanın Milandakı erməni icmasının nümayəndələri ilə görüşündə iştirak edib.

Azərbaycanlı bloqer Ermənistan hökumətinin başçısından soruşub: "Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?".

Buna cavab olaraq Nikol Paşinyan bəyan edib ki, Xocalı hadisələrində ermənilər deyil, Azərbaycan müxalifəti günahkardır. Bu zaman Ermənistan hökumətinin başçısı qeyd edib ki, guya bunu Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər