Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza - MƏHKƏMƏ

Baxılıb: 4138     Tarix: 19-11-2019 15:25   
Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza - MƏHKƏMƏ


Ağsuda müəlliməni oğurlayıb zorlamaqda təqsirləndirilən qardaşlar - Bəhruz İsrəfilov və Müşfiq İsrəfilovlar yenidən məhkəməyə müraciət ediblər.

Sumqayitfakt.Az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvləri - 1985-ci il təvəllüdlü İsrəfilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrəfilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında Ağsu rayonunun Nuran kəndində baş verib.

Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyeva (ad şərtidir) dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər.

Məlum olub ki, müəllim evlənmək məqsədilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrəfilov telefonla müəllimə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəllimi qaçırıb. Oğlanlar gənc müəllimi əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Onlardan üçü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu", müəllimlə evlənmək istəyən B.İsrəfilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Xatırladaq ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllim həmin vaxt işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

Təcavüzə məruz qalmış müəllimin ailəsi daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət edib. Hicran Hüseynovanın köməyi ilə o, regionlardakı mərkəzlərdən birində müvəqqəti işlə təmin edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər