Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

“Bir cümləlik və ya bir misralıq təbrik” -Sumqayıt 70 -ŞƏKİLLƏR

Baxılıb: 3268     Tarix: 19-11-2019 11:11   
“Bir cümləlik və ya bir misralıq təbrik” -Sumqayıt 70
Məlum olduğu kimi bu il Sumqayıt şəhərinin yubiley ilidir. Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral tarixli sərəncamından irəli gələn əsaslarla ilin birinci rübündən başlayaraq bu münasibətlə sislsilə tədbirlər keçirilir.

Sumqayitfakt.Az-ın əməkdaşı yubiley münasibətilə “Br cümləlik və ya bir misralıq təbrik” başlığı altında sorğu keçirərək, Sumqayıtda yaşayan yaradıcı adamların təbrikini qeydə alıb. Həmin təbrik və ya təbrik əvəzi ürək sözlərini diqqətinizə çatdırırıq:

Sumqayıt “Poeziya Evi”nin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı:
Ağ günlər gözləyir səni qarşıda,
Ağ günlər eşqiylə yaranan şəhər.
Bu dünya durduqca yaşa sən yaşa,
Ey başdan-ayağa Gülüstan şəhər!


Yazıçı-jurnalist Eyruz Məmmədov:
Sumqayıt hər birimizin tale şəhəridir. Onunla qürur duyur, öyünürük. Sumqayıtlılara 70 illik ərəfəsində bütün xoş arzuların gerçəkləşməsini diləyirəm.

Şair,yazıçı Arif Ərşad:
Kimyaçılar şəhəri,adlanır gözəl diyar,
Burda hamı yaşayır, həm xoşbəxt, həm bəxtiyar.
Doğuldum, boya çatdım, bu şəhərdə, bu yerdə,
İndi nəvəm oynayır, doğulduğum şəhərdə.

Evləri də gözəldir, görünür bu sahildən,
Göyərçinə bənzəyir, sanki uçacaq birdən.
İnsanları gülərüz, gecələri işıqlı,
Hər tərəfi tər-təmiz, parkları yaraşıqlı.

Gənclərə qucaq açıb, onlarla bir olursan,
Bəlkə elə o üzdən, bu qədər gənc qalırsan.
Dünyanın hər yerində, şövqlə çəkilir adın,
Bundan da gözəl günləri, olacaq Sumqayıtın.


Həkim,yazar Hümbət Quliyev (Statusman):
Yetmişə yetmişik! Sumqayıt qızıl üzükdür,bulvar bu üzüyün brilyant qaşı.

MİHİ SK-nin və RMF-nin Sumqayıt şöbəsi idarə Heyətinin sədri, şair Əşrəf Veysəlli:
Bəxtimizin üzünə açılan şəhər!

“Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru, şair, jurnalist Nisə Heydərli:
Ömrün mənasını anlaya, duya bildiyim məkanda- mənim tale şəhərim Sumqayıtda xoşbəxtəm!

Əməkdar artist, şair Nazir Rüstəmov:
Ünüm, günüm-həyatım, Ay mənim Sumqayıtım!!!

”İdrak” liseyinin təsisçisi və rəhbəri, professor Mönsüm Alışov
Ömrumun 48 ilini Sumqayıtda qurub yaratmisam.Sumqayiti ve sumqayitlıları təbrik edirəm! 70- yasin mubarek Sumqayit!

Şair- publisist Firdovsi Cəfərxan:
Sumqayıt xalqımızın quruculuq , inkişaf və qəhrəmanlıq səlnaməsidir .

AYB Sumqayıt Bölməsiin məsləhətçisi, şair Xatirə Fərəcli:
Uğur müjdəli Sumqayıt, uğurların bol olsun!

Sorğunu keçirdi: Sevinc Qərib
Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər